main-post-cover

    Steve Wozniak: 'iPhone X ilk Apple smartfonu olacaq hansını ki, mən almayacam'

    24.10.2017
    Farid Pardashunas
     “Apple” şirkətinin həmtəsisçisi Steve Wozniak-ın fikrincə sonuncu iPhone modelləri bir-birilərindən heç nə ilə fərqlənmir.
    O bildirib ki, baxmayaraq ki, hər dəfə yeni iPhone modeli satışa çıxan zaman o, ilk alıcılardan biri olur, satışa çıxacaq yeni iPhone X modelini isə almağa tələsmir.
    “iPhone 6 və iPhone 7-dən heç nə ilə fərqlənməyən iPhone 8 məni tamamilə qane edir. iPhone X ilk modeldir ki, satışların ilk günündə mən o smartfonu almayacam. Lakin mənim həyat yoldaşım onu alacaq. Buna görə də onun bütün müsbət və mənfi özəlliklərini aşkar etmək üçün yetərli imkanlarım olacaq” – deyə Wozniak bildirib.

    O bu sözləri Money 20/20 adlı tədbirdə bildirib. Bundan əlavə olaraq o, yeni Face ID texnologiyasının yaxşı şəkildə çalışdığına dair şübhələrinin olduğunu da qeyd edib. Wozniak-ın tərəfini digər “Apple” pərəstişkarları da tuturlar. Baxmayaraq ki, növbəti 3 ay ərzində yeni iPhone modelini almaq istəyənlərin sayı çoxdur, digər modellərdən fərqli olaraq ilin bu vaxtı iPhone 8-in satışları gözlənildiyindən daha aşağı səviyyədədir. Bunun səbəbinin nə olduğu tam olaraq bilinmir. Ya bu məşhur brendə maraq getdikcə ölür, yada hamı iPhone X-in satışa çıxmasını gözləyir. Bir sıra analitiklərin fikrincə isə bu iki model arasındakı rəqabət, şirkətə bu il ən böyük gəliri gətirəcək. Yuxarı səviyyədə olmayan iPhone 8 satışlarını isə iPhone X satışları tamamilə kompensasiya edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər