main-post-cover

    Steve Wozniak-ın Privateer Space adlı kosmik şirkətinin nə ilə məşğul olacağı məlum olub

    Elm & Texnologiya
    12.10.2021
    Farid Pardashunas
        Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak sentyabr ayında Privateer Space adlı kosmik şirkət yaratdığını elan etmişdi. İndi isə bu şirkətin nə ilə məşğul olacağı barəsində rəsmi məlumat verilib. Bu məsələ ilə bağlı rəsmi məlumatı şirkətin həmtəsisçisi olan Alex Fielding verib. Bu barədə Techcrunch saytı xəbər verib. Beləliklə onun sözlərinə əsasən Privateer Space şirkəti Yer kürəsinin orbitində kosmik tullantıların axtarılması üçün xüsusi peyklər göndərəcək. Həmin peyklər isə öz növbələrində kosmik tullantıların aşkar edilməsi yolunda Yer kürəsinin orbitinin xəritəsini yaradacaqlar. Şikrət Pono-1 adlı ilk peyki 11 fevral 2022-ci il tarixində Yer kürəsinin orbitinə göndərməyi planlaşdırır.
        Sözügedən peyk 42 ədəd sensor ilə təchiz olunacaq və onlardan 12-si kamera olacaq. Peykin gövdəsi 3D printerdə çap ediləcək və çap prosesində titan kimi güclü karbon lifindən istifadə olunacaq. 4 aydan sonra Pono-1 peyki Yer kürəsinin orbitindən çıxarılacaq. Şirkət Pono-2 peykinin gələn ilin aprel ayının sonunda göndərilməsini nəzərdə tutub. Privateer Space peyklərin göndərilməsi üçün uyğun partnyoru artıq seçib və bu məsələdə lazımi icazələri də əldə edib. Şirkət həmçinin Atroscale adlı startap ilə müqavilə də bağlayıb. Bu startap kosmik tullantıların məhv edilməsi üçün nəzərdə tutulmuş xüsusi peyki yaradıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər