main-post-cover

    “Steve Wozniak”dan iPhone haqqında maraqlı açıqlamalar

    Elm & Texnologiya
    23.07.2017
    Orxan Jafarli
    “Apple”ın qurucularından “Steve Wozniak”, iPhone ardıcıllığı haqqında olduqca maraqlı açıqlamalar etdi. Wozniak-ın insanların iPhone almasının səbəbi nədir? sualına verdiyi cavab!
    İndiki vaxtda "Apple"nın qurucusu deyildiyində ilk ağla gələn ad 2011-ci ildə həyata gözlərini yuman və texnologiya tarixinə adını qızıl hərflərlə ilə yazdıran "Steve Jobs" olsa da, digər qurucu ortaq "Steve Wozniak" şirkət üçün indiki vaxtda da söz sahibi adlardan biridir.
    6 Fevral 1987-ci il tarixində Apple-dakı işindən ayrılan Wozniak, buna baxmayaraq hələ də şirkətin səhmdarları arasında yer alır.
    Bir konfransda danışan Wozniak, Çinli smartfon istehsalçılarının üst səviyyə təchizatları olduqca uyğun bir qiymətə istifadəçilərə təqdim edərək son dövrdə müvəffəqiyyətli işlərə imza atdığını ifadə edərkən, iPhone qiymətlərinin günümüz şərtlərində olduqca normal olduğunu ifadə etdi.
    Apple-ın iPhone ilə birlikdə indiki vaxtda istifadəçilərə ən keyfiyyətli smartfonlar təqdim edən firma olduğunu ifadə edən Wozniak, cihazın qiymət göstəricisinə sonuna qədər layiq olduğunu və bu səbəblə müştərilərin seçimini keyfiyyətdən yana etdiyini ifadə etdi.
    Apple-ın mobil bazarda ən böyük paya sahib olmadığının və Çinli istehsalçıların sürətlə böyüməyə davam etdiyinin fərqində olduğunu bildirən Wozniak, iPhone 8-in satışa təqdim edilməsi ilə birlikdə daha çox əhəmiyyət qazanacağını bildirdi.
    Linki kopyala