main-post-cover

    Starship kosmik gəmisnin ilk orbital uçuşu yanvarda baş tuta bilər

    Elm & Texnologiya
    18.11.2021
    Farid Pardashunas
        SpaceX şirkətinin CEO-su Elon Musk Starship kosmik gəmisinin ilk orbital uçuşunun yanvar ayında keçirilməsinə ümid edir. Qeyd etmək lazımdır ki, hal hazırda ABŞ-ın Mülki Aviasiya üzrə Federal İdarəsi (FAA) SpaceX şirkətinin Boka-Çika kəndi (Texas ştatı) yaxınlığındakı bazasının yoxlanışını aparır və bu yoxlanış 31 dekabrdan tez yekunlaşmayacaq. Musk məhz bunun fonunda Starship-in ilk orbital uçuşu ilə bağlı bu cür bəyanat verib. “Biz, dekabr ayında bəzi testləri edəcəyik və ümid edirəm ki, kosmik gəminin ilk orbital uçuşunu yanvarda reallaşdıracağıq” - deyə Musk qeyd edib.
        SpaceX şirkəti Starship kosmik gəmisi ilə Super Heavy ağır raketini Aya, Marsa və uzaq məsafədə yerləşən digər kosmik obyektlərə uçuş missiyalarında istifadə etməyi planlaşdırır. Starship raketinin ilk uçuş testləri artıq reallaşdırılıb və həmin uçuş testlərinin birində o hətta 10 km hündürlüyə də qalxıb. Növbəti test çərçivəsində isə kosmik gəmi orbital uçuşu reallaşdırmalıdır. Təbii ki, həmin uçuş testi çərçivəsində kosmik gəminin daxilində heç kim olmayacaq. Lakin bu cür uçuş testlərinin reallaşdırılması üçün SpaceX şirkəti FAA-dan xüsusi icazə almalıdır.
        Daha öncəki bəyanatlarında Musk bildirmişdi ki, o, Starship-in ilk orbital testinin uğurlu olacağına ümid etmir. Lakin bununla belə o qeyd etmişdi ki, kosmik gəmi mütləq şəkildə öz kosmik uçuşunu 2022-ci ildə reallaşdıracaq. Bundan əlavə olaraq Starship-in çoxlu sayda uçuş testindən keçirilməsi planlaşdırılır. Bu üsul ilə testləri yekunlaşdırmaq və 2023-cü ildə Starship-in faydalı yüklərlə birlikdə uçuşlarına başlamaq olar. Musk bildirib ki, Starship üçün irimiqyaslı istehsal xəttinin yaradılması bu proqram istiqamətində uzunmüddətli vacib addım sayılır. Belə ki, SpaceX-in hal hazırda yaşadığı problemlərdən biri də Raptor mühərriklərinin ləng istehsal olunmasıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər