Starship-in ilk orbital uçuşunun ikinci cəhdi gələn ay baş tuta bilər

Starship-in ilk orbital uçuşunun ikinci cəhdi gələn ay baş tuta bilər

Texnologiya
15.09.2023 PAYLAŞIM

    SpaceX şirkəti özünün Starship kosmik gəmisinin ilk orbital uçuşunun ikinci cəhdi üçün olan hazırlıqları yekunlaşdırmaq üzrədir. Elon Musk-ın sözlərinə əsasən hazırlıqların birinci mərhələsi artıq yekunlaşıb. Lakin kosmik gəminin ilk orbital uçuşunun ikinci cəhdini bir qədər gözləmək lazım gələcək. Belə ki, şirkət ABŞ Federal Mülki Aviasiya İdarəsindən (FAA) uçuş missiyasının yerinə yetirilməsinə icazə lisenziyasını əldə etməlidir. FAA isə bu icazəni şirkətə gələn ay təqdim edə bilər.

    FAA administratorunun öhdəliklərini yerinə yetirən Polly Trottenberg-in sözlərinə əsasən icazənin oktyabr ayında təqdim edilməsi ehtimalı yüksəkdir. “Biz, SpaceX ilə yaxşı çalışır və produktiv müzakirələr aparırıq. Hər iki tərəfin komandası bir yerdə çalışır. Mən düşünürəm ki, biz, uçuşa icazə lisenziyasının gələn ay təqdim edilməsinə optimistik yanaşırıq” - deyə Trottenberg bildirib. Qeyd etmək lazımdır ki, FAA-dan uçuşa icazə lisenziyasının əldə ediləcəyi halda belə uçuş missiyasının yerinə yetirilməsi tarixlərində dəyişiklik ola bilər. Belə ki, SpaceX şirkəti FAA-dan əlavə olaraq ekologiya ilə bağlı bir neçə qurumdan da icazə almalıdır.




DAHA ÇOX


Google şirkəti bugün 25 yaşını qeyd edir

Dünyanın ən nüfuzlu texnoloji şirkətlərindən biri olan Google bugün 25 yaşını qeyd edir. ..


Tesla öz elektromobillərinin istehsalat xərclərini azaltmağın yolunu tapıb..

Verilmiş məlıumata əsasən Tesla şirkəti özünün Gigacasting adlı pressləmə texnologiyasının təkmilləş..


LG şirkəti 6G şəbəkəsində növbəti testini uğurla yekunlaşdırıb

LG şirkəti 6G şəbəkəsinin imkanlarını tədqiq etməyə davam edir.


Apple Vision Pro-nun sadələşdirilmiş versiyası ləğv edilmiş ola bilər

Apple şirkətinin Vision Pro adlı qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatından s..


Xiaomi Smart Band 8-in qlobal versiyası və Smart Band 8 Active təqdim edilib - Q..

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası və Xiaomi Watch 2 Pro smart saatı ilə yanaşı üstəlik Xia..


Xiaomi Watch 2 Pro flaqman smart saatı təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Xiaomi 13T smartfon seriyası ilə birlikdə Xiaomi Watch 2 Pro flaqman smart saatını da..

×