main-post-cover

    Starlink peykləri GPS-i əvəz edə bilərlər

    Elm & Texnologiya
    03.10.2021
    Farid Pardashunas
        SpaceX şirkətinin Starlink layihəsinin peyklərindəki siqnalları analiz edən zaman Ohayo Dövlət Universitetinin (Ohayo ştatı) mütəxəssisləri gözlənilməz nəticələr əldə ediblər. Məlum olub ki, Starlink bütün planeti internet şəbəkəsi ilə təmin etməkdən əlavə olaraq GPS GLONASS (Rusiyanın peyk naviqasiya sistemi) kimi yerləşmə təyinatlarını dəqiq təyin edə bilir. Elon Musk Starlink peyk interneti layihəsini ona görə yaradıb ki, Yer kürəsinin hətta ən qəliz landşaftlı regionları internet şəbəkəsi ilə təmin edilsin və planetdəki hər bir insana siqnalın ötürülməsi prosesi asanlaşsın. Amerikalı tədqiqatçıların sözlərinə əsasən Elon Musk-ın Starlink layihəsi həmçinin yerləşmə təyinatlarını təyin edən mövcud sistemləri tamamlaya bilər.
        Məlumdur ki, GPS və GLONASS sistemləri obyektin vəziyyətini 5-10 metr dəqiqliklə təyin edə bilirlər. Lakin Starlink peykləri artıq indiki mərhələdə obyektlərin vəziyyətlərini 7.7 metr dəqiqliklə təyin edə bilirlər. Mütəxəssislər əmindirlər ki, Elon Musk-ın naviqasiya sisteminə yüksək səviyyədə etibarlılığı və təhlükəsizliyi tələb edən sahələrdə tələbat olacaq. Söhbət, ilk növbədə hərbçilərdən gedir. Belə ki, Starlink peykləri GPS sisteminin sahib olduğu zəif nöqtələrdən məhrumdur. Məsələ burasındadır ki, GPS və GLONASS-dan fərqli olaraq Starlink peykləri daha aşağı məsafədə yerləşirlər. Bu isə öz növbəsində onların siqnallarını bloklamağı qəliz prosesə çevirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər