main-post-cover

    Starlink peyk internetinin sürəti 2 dəfə yüksəlib

    Elm & Texnologiya
    05.04.2021
    Emil Nəcəfov
        SpaceX-in Starlink peyk internetinin istifadəçiləri məlumatların ötürülmə sürətinin artdığını bildiriblər. Beləliklə hal hazırda Starlink-in sürəti genişzolaqlı internet şəbəkəsinin sürəti ilə eyni səviyyədədir. Amerikalı istifadəçilərdən birinin sözlərinə əsasən o öz iPad Mini planşetini Starlink şəbəkəsinə qoşaraq saniyədə 200 Mbit sürət əldə edə bilib. O həmçinin bildirib ki, onun təyin etdiyi ən aşağı sürət göstəricisi isə saniyədə 44 Mbit olub. Lakin qeyd etmək lazımdır ki, saniyədə 200 Mbit sürət Starlink üçün heç də məhdud sürət göstəricisi deyil.
        Belə ki, Sietl və Nyu York şəhərlərinin istifadəçiləri saniyədə 230-240 Mbit sürət əldə edə biliblər. Keçən ilin sentyabr ayında SpaceX şirkəti ABŞ-ın şəbəkə əlaqələri üzrə federal komissiyasına bildirmişdi ki, Starlink-in orta yüklənmə sürəti saniyədə 43 Mbit təşkil edir. Lakin 1 aydan sonra onun sürəti saniyədə 80 Mbit-ə yüksəlmişdi. Hələ bir neçə müddət bundan öncə Elon Musk bildirmişdi ki, bu ilin sonuna kimi Starlink-in sürəti saniyədə 300 Mbit-ə çatacaq. Perspektiv olaraq isə Starlink-in yaxın gələcəkdə saniyədə 10 Gbit sürətlə məlumat ötürülməsini təmin edəcəyi gözlənilir.
    Linki kopyala