main-post-cover

    'SpaceX' tamamilə məxfiləşdirilmiş 'Zuma' adlı missiyanı işə salır

    Elm & Texnologiya
    15.11.2017
    Farid Pardashunas
    16 Noyabr tarixində “SpaceX” şirkəti Yer kürəsinin orbitinə haqqındakı məlumatların ciddi şəkildə məxfiləşdirildiyi gizli yükü göndərməyi planlaşdırır.
    Sözügedən gizli missiya “Zuma” adını alıb. Bu barədə Mashable saytı xəbər verib. 11 Noyabr tarixində şirkət Falcon 9 raketinin test uçuşunu reallaşdırmışdı. Həmin test 15 Noyabr tarixi üçün nəzərdə tutulmuş gizli missiya üçün edilmişdi. Lakin missiyanın tarixini bilinməyən səbəblərə görə 16 Noyabr tarixinə keçirtdilər. Buna baxmayaraq onun tarixi yenə də dəyişilə bilər. Lakin sözügedən məxfi yük 30 Noyabrdan gec olmayaraq kosmosa göndərilməlidir. Bu missiyanın isə niyə məhz 30 Noyabr tarixinə kimi reallaşdırılmasının vacib olduğu hələki bilinmir.

    Ümumiyyətlə bu missiya ilə bağlı hər şey gizli saxlanılır. Məlumdur ki, Falcon 9 “Northrop Grumman” adlı texnologiyalar təhlükəsizliyi şirkəti tərəfindən ABŞ üçün sifariş edilmiş yükü Yer kürəsinin orbitinə çatdıracaq. Yükün nədən ibarət olduğunu öyrənməyə çalışmış jurnalistlərə isə bildirilib ki, bu məlumat tamamilə məxfidir. Bununla belə Elon Musk-ın şirkəti ilk dəfə deyil ki, yüksək gizliliyə sahib missiyaları yerinə yetirir. Belə ki, şirkət Milli Kəşfiyyat İdarəsinin casus peykini və ABŞ-ın Müdafiə Nazirliyinin yükünü Yer kürəsinin orbitinə çatdırmışdı. Lakin bu dəfə dövlət orqanları sözügedən “Zuma” missiya ilə əlaqələrinin olduğunu inkar ediblər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər