SpaceX şirkəti Marsda insanların yaşayacaqları zonanı göstərdi

SpaceX şirkəti Marsda insanların yaşayacaqları zonanı göstərdi

Texnologiya
02.09.2019 PAYLAŞIM

    SpaceX şirkəti aktiv şəkildə Mars ekspedisiyası üzərində çalışır. Buna görə də şirkət qırmızı planetin səthinə Starship gəmisinin enişi üçün ən uyğun zonanın təyin edilməsi yolunda NASA-dan Mars planetinin landşaft fotolarını istəyib. Beləliklə gələcəkdə olacaq Mars koloniyalarının yerləşəcəkləri potensial yerlərlə artıq hamı tanış ola bilər. Bu barədə Cnet.com saytı xəbər verib.

    Mars Reconnaissance Orbiter HiRise adlı kosmik aparatın kameralarının məlumatlar bazasında SpaceX ekspedisiyasının namizədlərinin eniş edəcəkləri potensial Mars zonalarının çoxlu sayda fotoları var. Şirkətin əsas lanşaft tələbi odur ki, enişin reallaşdırılacağı zona düzənlik tərzdə olsun və həmin zonada daş olmasın. Bu cür göstəricilərə sahib ən yaxşı Mars zonalarından biri də Arcadia düzənliyidir. SpaceX şirkəti artıq neçə ildir ki, Starship adlı kosmik gəmi üzərində aktiv şəkildə çalışır.


    Onun prototipi olan Starhopper isə bir neçə müddət bundan öncə vacib test uçuşundan uğurla keçə bildi. Elon Musk əmindir ki, yaxın gələcəkdə insanlar artıq Mars planetində koloniyalar yarada biləcəklər. Mars planetinə olacaq ilk idarə oluna bilən missiya 2024-cü ilə planlaşdırılıb. NASA agentliyi isə artıq indidən Mars planetinin səthində 47 potensial eniş zonasını təyin edib. Həmin zonaların ətrafında ilk koloniyalar yaradıla bilər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi-nin ilk elektromobilinin yeni fotoları ortaya çıxıb

Xiaomi şirkətinin ilk elektromobili dəfələrlə insayderlərin kameraları vasitəsilə çəkilib...


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..


Xiaomi-nin ilk elektromobilinin dizayn özəllikləri sərgilənib

Xiaomi şirkəti öz ilk elektromobili barəsində istənilən məlumatı hələ ki, sirr olaraq saxlayır...


OnePlus-ın ilk mexaniki klaviaturasının fotosu təqdim edilib

91mobiles saytı OnePlus şirkətinin ilk mexaniki klaviaturasının fotosunu əldə edib və onun barəsində..


Samsung iki istiqamətdə qatlana bilən yeni ekranını sərgiləyib

Samsung-un tərkibinə daxil olan Samsung Display şirkəti Flex In & Out adlı yeni qatlana bilən ek..


Apple HomePod 2 smart səsgücləndiricisini təqdim edib - QİYMƏTİ

Apple şirkəti HomePod adlı smart səsgücləndiricisinin ikinci versiyasını təqdim edib.

×