main-post-cover

    SpaceX'in Starship kosmik gəmisini Aya nə zaman göndərəcəyi məlum olub

    Elm & Texnologiya
    27.10.2019
    Emil Nəcəfov
        Son bir neçə ay ərzində SpaceX şirkətinin Ay və Mars uçuşları üçün nəzərdə tutulmuş Starship kosmik gəmisi barəsində çoxlu sayda xəbərlər olub. İndiyənə kimi bu kosmik gəminin yalnız test uçuşlarının tarixləri barəsində məlumatlar verilirdi. Tam ciddi uçuşların reallaşdırılacağı müddətlər isə bilinməz olaraq qalırdılar. Lakin indi həmin uçuşlar barəsində də məlumatlar verilib. Bu barədə Techcrunch saytı xəbər verib.
        Belə ki, hər il keçirilən beynəlxalq aeronavtika konqressi çərçivəsində SpaceX şirkətinin prezidenti və əməliyyatlar üzrə baş direktoru olan Gwynne Shotwell bildirib ki, Starship kosmik gəmisi perspektiv cəhətdən Falcon 9Falcon Heavy raketlərini əvəz etməli və o cümlədən digər planetlərə səyahətlər də daxil olmaqla müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş universal raket olmalıdır. Shotwell bildirib ki, onların planlarına yaxın 1 il ərzində Starship-in Yer kürəsinin orbitinə göndərilməsi daxildir.
        Bundan əlavə olaraq onlar 2022-ci ildə, daxilində lazımi yüklərin olduğu Starship kosmik gəmisini Aya gödərməyi planlaşdırırlar. Bunun köməyi ilə 2024-cü ildə NASA tərəfindən Aya göndəriləcək astronavtlar artıq lazımi resurslara sahib olacaqlar. SpaceX-in hələ hazır raketə sahib olmadığını və yeni raketin heç bir ciddi uçuşu reallaşdırmadığını nəzərə alan analitikıər fikirləşirlər ki, SpaceX-in planında olan bu tarixlər çox şübhəli görünürlər.
        Lakin Shotwell qeyd edib ki, insanlar çox zaman Musk-ın bəyanatlarına şübhə ilə yanaşırlar. O qeyd edib ki, əvvəllər çox insan SpaceX-in sonradan reallaşdırdığı layihələrə inanmırdı. Lakin nəticədə onlar reallaşdırıldı. Onun sözlərinə əsasən insanlar tərəfindən olan bu cür inamsızlıq onu və SpaceX-in 6500 əməkdaşını qoyulmuş məqsədlərin reallaşdırılmasına stimullaşdırır. Qeyd etmək lazımdır ki, NASA 2024-cü ildə Artemida adlı kosmik missiya çərçivəsində astronavtları Aya göndərəcək.
    Linki kopyala