main-post-cover

    SpaceX-in Starship adlı prototip kosmik gəmisi test çərçivəsində partladı (VİDEO)

    Elm & Texnologiya
    02.03.2020
    Emil Nəcəfov
        Keçən ilin noyabr ayının sonunda SpaceX şirkəti özünün Starship adlı kosmik gəmi prototipinin testini keçirtmişdi. Həmin test çərçivəsində Starship-in aqreqatı yüksək təzyiq nəticəsində partlamışdı. Lakin bu cür təcrübədə belə şirkət qəzalardan yaxa qurtara bilmədi və Starship-in yeni testi çərçivəsində kosmik gəminin gövdəsi dağıldı. Bu barədə Cnet saytı xəbər verib. Kosmik gəminin Starship SN1 kod adına sahib prototipi Texasdakı Boca Chica bazasında ekstremal təzyiq şəraitində yeni testdən keçib.
        Kriogen yanacağa təzyiqin verilməs zamanı içi maye azotla dolu olan blok yanacaq doldurma prosesi zamanı partlayb. Nəticədə kosmik gəminin gövdəsi start sahəsindən ayrılaraq yerə düşüb. SpaceX şirkətinin təmsilçiləri qeyd ediblər ki, blokların partlamasını uğursuzluq hesab etmək lazım deyil. Belə ki, testdən sadəcə olaraq kosmik gəminin təcrübi versiyası keçib. Şirkət artq Starship SN2 prototipinin yığılmasına start verib. SpaceX şirkəti Starship-in 20 kilometr hündürlüyə uçması testini planlaşdırır. Həmin test yaxın bir neçə ay ərzində baş tutmalıdır.
    Linki kopyala