SpaceX'in Starhopper prototip raketi üçüncü cəhddən sonra uğurla testdən keçə bildi (VİDEO)

TEXNOLOGİYA


26.07.2019 0 PAYLAŞIM 130 OXUNMA


    Ard-arda baş vermiş iki uğursuz testdən sonra SpaceX şirkətinin Starhopper mini raketinin üçüncü test nəticələri təqdim edilib. Qeyd etmək lazımdır ki, Starhopper şirkətin kosmik gəmisinin prototipidir. Bu barədə The Verge saytına istinadən 4pda saytı xəbər verib. Beləliklə üçüncü test nəticəsində Starhopper sonunda müəyyən hündürlüyə qalxa bilib. Elon Musk isə raketin növbəti test mərhələsindən xəbər verib. 15 saniyəlik test çərçivəsində Starhopper uğurlu şəkildə yerdən qalxıb və daha sonra start platformasına geri qayıdıb.

 

    Bu kompakt raket modeli Starship kosmik gəmisinin testi üçün yaradılıb. Hal hazırda keçirilən testlər əsasən Starhopper-ə quraşdırılmış Raptor mühərriklərinin iş proseslərini yoxlamaqdan ibarətdir. Həmin raketlər SpaceX şirkəti tərəfindən hazırlanıb. Elon Musk üçüncü test missiyasının uğurla keçdiyindən xəbər versə də təqdim olunmuş videodakı od və tüstü səbəbilə raketin hansı hündürlüyə qalxdığını söyləmək çətindir.

    Növbəti həftələrdə raketin yeni test mərhələləri keçirilməlidir. Həmin test mərhələlərində raket 200 metr hündürlüyə qalxmalıdır. Hal hazırda SpaceX şirkəti Starship kosmik gəmisininin 2 prototipini hazrlayır. Onlardan hər biri 3 ədəd Raptor mühərriyinə sahib olacaq. Musk ümid edir ki, onlardan biri bir neçə ay sonra 20 km hündürlüyə qalxacaq. Starship kosmik gəmisinin final versiyası onlarla Raptor raketinə sahib Super Heavy ağır raketi ilə paralel çalışmalıdır.