main-post-cover

    SpaceX-in Crew Dragon kosmik gəmisi astronavtları uğurla Yer kürəsinə qaytardı (VİDEO)

    Elm & Texnologiya
    03.08.2020
    Emil Nəcəfov
        SpaceX-in Crew Dragon kosmik gəmisi ilə BKS-ə (Beynəlxalq Kosmik Stansiya) yollanmış astronavtlar Robert Behnken Douglas Hurley 2 aydan sonra həmin kosmik gəmi vasitəsilə Yer kürəsinə uğurla qayıtdılar. Astronavtların yerləşdikləri kapsul Meksika körfəzinə eniş enib. Enişdən sonra SpaceX əməkdaşlarından və həkimlərdən ibarət xüsusi komanda gami vasitəsilə onlara tərəf yollanıblsr.
        Astronavtlar ilkin növbədə həkimlərin yoxlanışlarından keçəndən sonra NASA mərkəzinə yollanıblar. Daha sonra isə onlar öz ailələri ilə görüşə biləcəklər. Crew Dragon BKS-dən ayrıldı və 1 avqust tarixində Yer kürəsinə tərəf yönəldi. Qeyd etmək lazımdır ki, bu missiya insanların BKS-ə özəl şirkətin iştirakı ilə göndərilməsi üzrə ilk missiyadır.
        Crew Dragon isə öz növbəsində SpaceX-ə çatdırılaraq onun bütün uçuş dövrü ərzində yığılmış məlumatları araşdırılacaq. Bu, sistemin sertifikatlaşdırılması və şirkətin NASA ilə əməkdaşlığının davam etdirilməsi üçün lazımdır. Qeyd etmək lazımdır ki, SpaceX şirkəti daxilində astronavtların olduqları Crew Dragon kosmik gəmisini ilk dəfə 30 may tarixində BKS-ə göndərmişdi. SpaceX kimi özəl şirkətlər ilə çalışmaq öz növbəsində NASA-ya Rusiyanın Roskosmos agentliyinin xidmətlərindən imtina imkanını verir.
    Linki kopyala