Sözün əsl mənasında çərçivəsiz ekranlı Lenovo Z5-in tizer fotosu təqdim olundu
Elm & Texnologiya
04.06.2018
Farid Pardashunas
Lenovo şirkəti özünün yeni flaqman
modeli olacaq Z5-in təqdimatına hazırlaşır. Qeyd etmək lazımdır ki, təqdimat
sabah baş tutacaq. Şirkətin direktoru isə bugün yeni smartfonun tizer fotosunu Weibo
sosial şəbəkəsində paylaşıb. Görünür, smartfon metaldan hazırlanmış çərçivələr,
arxa və ön paneldən isə şüşə ilə əhatə olunacaq. Bundan əlavə olaraq smartfon arxa panelin yuxarı sol hissəsi tərəfdən şaquli şəkildə yerləşdirilmiş ikili arxa
kamera ilə təchiz olunacaq. Lenovo Z5 xarici görünüşcə iPhone X-ə bənzə də
Apple şirkətinin flaqman modelinin əsas özəlliyinə sahib olmayacaq. Söhbət,
ekran üzərindəki çıxıntı hissəsindən gedir.
Lenovo Z5 yüksək göstəricidə
ekranın korpusa nisbətini təqdim edəcək. Belə ki, smartfonun ön panelinin
95%-ni ekran əhatə edəcək. Onun yuxarı və aşağı çərçivələri isə maksimal dərəcədə
nazik olacaqlar. Çox güman ki, smartfonun barmaq izi skanı texnologiyası onun
ekranına inteqrasiya olunacaq. Həmçinin smartfon Snapdragon 845 prosessoru və
süni zəka texnologiyası ilə çalışan ön kameraya sahib ola bilər. Daha öncə şirkətin
vitse prezidenti bildirmişdi ki, Lenovo Z5 45 gün ərzində gözləmə rejimində və
hətta 0% enerji ilə 30 dəqiqə çalışa biləcək. Bu maraqlı smartfonun digər texniki
göstəriciləri və ən əsas da onun qiyməti barəsində məlumatları biz sabahkı təqdimatda
biləcəyik.
Qeyri rəsmi foto:
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)