Sony Xperia 2 flaqman smartfonunun render fotoları təqdim olundu

Sony Xperia 2 flaqman smartfonunun render fotoları təqdim olundu

Texnologiya
15.05.2019 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə məlum olmuşdu ki, Sony şirkəti artıq özünün Xperia 2 adlı flaqman smartfon modeli üzərində çalışmağa başlayıb. İndi isə internetdə sözügedən smartfonun ilk fotoları ortaya çıxıb. Həmin fotoları OnLeaks ləqəbi ilə tanınan məşhur insayder təqdim edb. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə Xperia 2 smartfonu şüşə materialdan hazırlanmış gövdəyə sahib olacaq. O həmçinin 21:9 nisbətli CinemaWide ekranla da təchiz olunacaq.


    Cihazın arxa panelində üçlü arxa kamera və LED işıqlandırma sistemi yerləşəcək. Arxa paneldə barmaq izi skanı hissəsi yoxdur. Fotolardan da görmək olar ki, həmin texnologiya smartfonun kənar hissəsində yerləşəcək. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən Xperia 2 modeli iki versiyada satışa çıxacaq. Birinci model OLED ekrana, ikinci model isə IPS ekrana sahib olacaq.


    Texniki göstəricilərə gəldikdə isə Xperia 2 smartfonu 6 düym ekran, Snapdragon 855 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, üçlü arxa kamera, 12 MP-lik ön kamera və 3000-3200 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Çox güman ki, Xperia 2 naqilsiz şarj texnologiyasına sahib olmayacaq. Smartfon bu ilin sentyabr ayında keçiriləcək IFA 2019 sərgisində təqdim olunmalıdır. Onun güman edilən qiymət göstəricisi isə 800-900$-dır.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Xanımlar üçün 500 Manatlıq Texnologiya səbəti | Hədiyyə edirik

31 Oktyabr axşam saat 20:00-da isə ənənəvi canlı yayımımız Facebook səhifəmizdə olacaq. Və 5 nəfər ş..


Elon Musk yeni smartfon alandan sonra köhnəsini məhv edir

Yeni smartfonun alışından sonra köhnə smartfon modelinin aqibəti müxtəlif cür olur.


Hyundai şirkəti gələcəyin avtomobillərinə 35 milyard dollar investisiya yatıraca..

Cənubi Koreya prezidenti Moon-Jae-in düşünür ki, 2030-cu ilə kimi Cənubi Koreya yollarında olacaq nə..


NASA agentliyi Ay və Mars üçün nəzərdə tutulmuş yeni kosmik skafandrları təqdim ..

Hələ bir neçə müddət bundan öncə NASA agentliyi yeni kosmik skafandrın hazırlanması sifarişini vermi..


Xiaomi şirkəti gələn il çoxlu sayda 5G dəstəkli smartfon satışa çıxardacaq..

Keçirilmiş 6-cı beynəlxalq internet konfransı çərçivəsində Xiaomi şirkətinin təsisçisi Lei Jun, 5G ş..


HTC şirkəti Exodus 1s adlı büdcəli kriptovalyuta smartfonunu təqdim etdi

Hələ bu ilin may ayında HTC şirkəti Exodus 1s adlı kriptovalyuta smartfonu barəsində planlarını açıq..