Sony şirkəti PlayStation 5-in qiymətini rəsmi olaraq açıqlayıb
Elm & Texnologiya
17.09.2020
Farid Pardashunas
Sony şirkəti gecə keçirtdiyi təqdimat çərçivəsində PlayStation 5 konsolunun qiymətini və startda hansı oyunların satılacağını açıqlayıb. Beləliklə şirkətin verdiyi məlumata əsasən PS5 12 noyabr tarixində bəzi ölkələrdə, 19 noyabr tarixində isə bütün dünyada satışa çıxacaq. Qeyd etmək lazımdır ki, PS5 iki versiyada satışa çıxacaq. Birinci versiya disk girişinə sahib olacaq, ikinci versiya (Digital Edition) isə bu girişdən məhrum olacaq. Beləliklə disk girişinə sahib olacaq versiya 499$-a, disk girişinə sahib olmayan versiya isə 399$-a satılacaq. Konsolun satış startında istifadəçiləri Astro’s Playroom, Demon’s Souls, Destruction All Stars, Marvel’s Spider-Man: Miles Morales və Sackboy: A Big Adventure oyunları gözləyir.
PS5-in texniki göstəriciləri:
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)