Sony şirkəti 6 arxa kameralı Xperia modeli üzərində çalışır
Elm & Texnologiya
11.06.2019
Farid Pardashunas
Məşhur alman insayder olan Max J. Sony şirkətinin yeni qeyri adi smartfon modeli barəsində ilk məlumatları verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən hal hazırda Sony şirkəti 6 arxa kameraya sahib Xperia modeli üzərində çalışır. Hər bir kamera modulunun hansı özəlliklərə sahib olacağı barəsində məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, kamera modulları bu cür sıralamada olacaq: Əsas kamera modulu, genişbucaqlı obyektiv, teleobyektiv və ToF modul.
Yerdə qalan iki kamera modulu isə çox güman ki, Nokia 9 PureView modelindəki kimi kameralar vasitəsilə çəkilmiş kadrların birləşdirilməsi üçün nəzərdə tutulacaq. 6 arxa kameradan əlavə olaraq sözügedən Xperia modeli həmçinin iki ədad ön kameraya da sahib olacaq. Bu smartfonun hələ hazırlanma mərhələsində olması səbəbilə onun barəsində digər bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, şirkət həmçinin özünün ilk qatlana bilən smartfon modeli olan Xperia F üzərində də çalışır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)