SON DƏQİQƏ: Huawei şirkəti P40, P40 Pro və P40 Pro+ smartfonlarını təqdim etdi - QİYMƏTİ

SON DƏQİQƏ: Huawei şirkəti P40, P40 Pro və P40 Pro+ smartfonlarını təqdim etdi - QİYMƏTİ

Texnologiya
26.03.2020 PAYLAŞIM

    Keçirilmiş xüsusi təqdimat tədbiri çərçivəsində Huawei şirkəti sonunda özünün yeni P40 flaqman smartfon seriyasını təqdim etdi. Sözügedən seriyaya P40, P40 ProP40 Pro+ smartfon modelləri daxil oldular. Bu dəfə də şirkət öz yeni flaqman smartfonlarında ən böyük diqqəti məhz kameralara ayırdı və P40 seriyasına bu sahə ilə bağlı ən aparıcı texnologiyaları inteqrasiya etdi. P40 seriyasına daxil olan smartfonlar xarici görünüşcə bir-birilərindən heç də fərqlənmirlər. Onlar öz aralarında yalnız texniki özəlliklərə görə fərqəlnirlər. Beləliklə P40 Pro modeli 2640x1200 piksel keyfiyyətli 6.58 düym OLED ekran əldə edib. Ekran həmçinin 90 Hz-lik təsvir yenilənməsini də dəstəkləyir. Ekran ətrafı çərçivələr maksimal dərəcədə nazikdirlər. Bununla yanaşı danışıq üçün nəzərdə tutulmuş səsgücləndirici ilə barmaq izi skanı texnologiyaları da smartfon ekranına inteqrasiya ediliblər. P30 Pro-dan fərqli olaraq P40 Pro-da barmaq izi skanı texnologiyasının reaksiya müddəti və ekran üzərindəki əhatə sahəsi 30% yüksəldilib.

    Ekranın yuxarı sol hissəsində isə ikili ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşdirilib. Texniki göstəricilərə gəldikdə isə smartfon Kirin 990 5G prosessoru, 16 nüvəli Mali-G76 qrafik sürətləndirici, 8 GB RAM, 256 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP (f/1.9 diafraqma, OIS) + 40 MP (f/1.8 diafraqma, ultragenişbucaqlı təsvir) + 12 MP (f/3.4 diafraqma, OIS, 5 qat optik zoom) + 3D ToF dördlü arxa kamera, 32 MP (f/2.2 diafraqma) + ToF ikili ön kamera, 40 vatt gücündə sürətli naqilli və 27 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalı 4200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin ikitərəfli şarj texnologiyasını da dəstəkləyir. Kamera özəlliklərinə gəldikdə, P40 Pro-da 1/1.28 düymlük 50 MP-lik yeni RYYB kamera sensorundan istifadə olunur. Onun piksel ölçüsü isə 2.44 mikrometrdir. Bunun sayəsində 50 MP-lik kamera sensoru daha çox işığı əhatə edir, daha geniş dinamik diapazona sahibdir və nəticədə əldə edilmiş fotoda daha az səs-küyü əks etdirir.

    Bununla yanaşı Huawei şirkətinin istifadə etdiyi yeni texnologiya fokuslanma zamanı matrisa piksellərinin 100%-lik iştirakını təmin edir. Nəticədə kameranın fokuslanması hətta yaxşı işıqlandırılmamış mühitdə də sürətlə reallaşdırılır. İkinci 40 MP-lik kamera videoçəkilişlər üçün nəzərdə tutulub və Mate 30 Pro-da olan Cine Camera-nın bacardığı hər bir şeyi bacarır. Sözügedən kamera əsasən ISO göstəricisi 51.200-ə kimi olan video, 7680 fps sürətlə slow-mo video, 4K keyfiyyətli timelapse video çəkir və geniş dinamik diapazonu dəstəkləyir. Bununla yanaşı smartfonda olan 3 mikrofon öz növbəsində smartfonun kadrdakı obyektə yaxınlaşması zamanı obyektdən əks olunan səsə fokuslanmağa imkan verir. Həmçinin çəkiliş zamanı optik və elektron stabilizasiya kombinasiyasından və süni zəka texnologiyasından istifadə edilir. Üçüncü kamera sensoru periskop kameradır. O, foto keyfiyyəitnin düşməməsi halında 5 qat optik zoomu təmin edir.

    Digər kamera sensorlarının yüksək göstəriciləri sayəsində 10 qat hibrid zoom imkanı əldə edilir. Maksimal rəqəmsal zoom göstəricisi isə 50 qat təşkil edir. Dördüncü kamera sensoru olan 3D ToF xüsusi temperatur sensoru və süni zəka texnologiyası ilə birlikdə ağ rəngin maksimal dəqiq balansını təyin edir. Smartfonun 32 MP-lik ön kamerası həm də 60 fps sürətlə 4K keyfyyətli videolar da çəkə bilir. P40 Pro həm də Wi-Fi 6 Plus texnologiyasına sahibdir. Bunun sayəsində məlumatların ötürülmə sürəti saniyədə 2400 Mbit təşkil edir. Bir çox flaqman smartfon modellərində olduğu kimi P40 Pro da IP68 standartı üzrə sudan və tozdan qorunmaya sahibdir. Smartfon EMUI 10.1 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonda Google servisləri olmasa da Huawei şirkəti özünün AppGallery platformasını təklif edir.

    Adi P40 modelinə gəldikdə, o, 2340x1080 piksel keyfiyyətli 6.1 düym OLED ekran (60 Hz-lik təsvir yenilənməli), Kirin 990 5G prosessoru, 16 nüvəli Mali-G76 qrafik sürətləndirici, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dsətəkli), 50 MP (f/1.9 diafraqmalı) + 16 MP (f/2.2 diafraqmalı) + 8 MP (f/2.4 diafraqmalı, OIS, 3 qat optik zoom) üçlü arxa kamera, 32 MP-lik (f/2.0 diafraqmalı) ön kamera və 22.5 vatt gücündə sürətli naqilli şarj texnologiyalı 3800 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Adi P40 modelində də barmaq izi skanı smartfon ekranına inteqrasiya edilib. Texniki özəlliklərdən də görmək olar ki, adi P40-ı P40 Pro-dan ayıran özəlliklər sırasında batareya həcmi və arxa kamera göstəriciləri var. Adi P40-da olan 50 MP-lik kamera optik stabilizasiya özəlliyinə sahib deyil. Ultragenişbucaqlı kamera isə 40 MP-lik deyil 16 MP-likdir. P40 Pro-da olan 3D ToF kamera modulu adi P40-da yoxdur.

    Bununla yanaşı P40 modeli IP53 standartı üzrə sudan və tozdan qorunur. P40 modeli EMUI 10.1 interfeysli Android 10 əməlyyat sistemi vasitəsilə çalışır. Bu iki smartfon modelindən başqa şirkət təqdimat zamanı həmçinin P40 Pro+ modelini də təqdim etdi. O demək olar ki, P40 Pro ilə eynidir. Sadəcə RAM göstəricisi və əlavə arxa kamera ilə P40 Pro-dan fərqlənir. Belə ki, P40 Pro+ modeli 12 GB RAM-a sahibdir və 3 qat optik zoom özəllikli əlavə teleobyektiv ilə təchiz olunub. Beləliklə P40 Pro+ modeli beşli arxa kameraya sahibdir. Bununla yanaşı P40 Pro+ modelinin periskop kamerası 10 qat optik zoomu da özündə birləşdirir Huawei P40 və P40 Pro modelləri 7 aprel tarixində satışa çıxacaqlar. P40 modeli 799 avro, P40 Pro modeli isə 999 avro qiymətində satılacaq. P40 Pro+ modeli bu ilin iyun ayında 1399 avro qiymətində satışa çıxacaq.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Xiaomi şirkəti 144 MP-lik kameraya sahib Mi CC10 Pro (Mi 10S Pro) smartfonu üzər..

Məşhur hindistanlı insayder Sudhanshu Ambhore qeyd edib ki, Xiaomi şirkəti hal hazırda kamera göstər..


Redmi Band fitnes qolbağının ilk rəsmi fotosu təqdim olundu

Bugün Xiaomi şirkəti öz 10 illiyi şərəfinə böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni ..


MIUI 12 istifadəçi interfeysinin fotoları ortaya çıxdı

Xiaomi şirkəti artıq bir neçə müddətdir ki, MIUI 12 interfeysi üzərində çalışır. İndi isə internetdə..


Galaxy Note 20+ 5G smartfonu Geekbench testlərindən keçdi

Baxmayaraq ki, Galaxy Note 20 smartfon seriyasının  təqdimatına hələ çox var, məşhur Geekbench bençm..


Huawei şirkəti Google ilə əməkdaşlığın yeni variantını təklif edib

Bir neçə gün bundan öncə Huawei şirkətinin mobil şöbəsinin rəhbəri Richard Yu bildirmişdi ki, onlar ..


Xiaomi Mi Band 5 fitnes qolbağı artıq bu həftə təqdim oluna bilər

Xiaomi şirkətinin Mi Band 5 fitnes qolbağı üzərində çalışması xəbəri hələ keçən ilin sonunda ortaya ..