main-post-cover

    Snapdragon 895 prosessoru barəsində yeni məlumatlar ortaya çıxıb

    Elm & Texnologiya
    08.07.2021
    Emil Nəcəfov
        İnternetdə Snapdragon 895 prosessoru barəsində yeni məlumatlar ortaya çıxıb. Yeni prosessorun arxitekturasının özəlliklərindən əlavə olaraq onun Geekbench bençmark saytındakı test nəticələri barəsində də məlumat verilib. Beləliklə verilmiş məlumata əsasən 4 nanometrlik Snapdragon 895 prosessorunun arxitekturası özündə müxtəlif prosessor nüvələrinə sahib 4 klasteri birləşdirəcək.
    - 1 ədəd Cortex-X2 nüvəsi
    - 3 ədəd Cortex-A710 nüvəsi
    - 2 ədəd Cortex-A510 (yüksək tezlikli)
    - 2 ədəd Cortex-A510 nüvəsi (yüksək tezlikli).
        Bununla yanaşı məlumatda qeyd edilib ki, Snapdragon 895-in daha bir özəlliyi ondan ibarət olacaq ki, o, 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Prosessorun Geekbench test nəticələrinə gəldikdə isə o, birnüvəli testdə 1250 xal, çoxnüvəli testdə isə 4000 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, Apple şirkətinin A14 Bionic prosessoru Geekbench-in birnüvəli testində 1596 xal, çoxnüvəli testində isə 4027 xal toplayır. Heç istisna deyil ki, Geekbench testlərindən Snapdragon 895 prosessorunun məhz mühəndis nümunəsi keçib. Buna görə də prosessorun  final versiyasının göstəriciləri daha yüksək ola bilərlər. Snapdragon 895-ə sahib ilk smartfon modellərinin bu ilin sonunda təqdim olunacaqları gözlənilir.
    Linki kopyala