Snapdragon 875 və Snapdragon 775G prosessorlarının bençmark performansları təqdim olunublar
Elm & Texnologiya
30.11.2020
Farid Pardashunas
Artıq sabah Qualcomm şirkəti özünün Snapdragon Tech Summit 2020 tədbirini keçirdəcək. Həmin tədbirdə Snapdragon 875 flaqman prosessoru ilə orta səviyyəli Snapdragon 775G prosessorunun təqdim olunacağı gözlənilir. İnternetdə isə artıq bu prosessorların performans göstəriciləri ortaya çıxıblar. Bu barədə 4pda saytı xəbər verib. Çindən olan mənbələrin verdikləri məlumata əsasən Snapdragon 875 flaqman prosessoru AnTuTu bençmak saytında 740.000 xal toplayır. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 865 və Snapdragon 865+ prosessorlara sahib smartfonlar AnTuTu testində 660.000 xal toplayırlar.
Beləliklə Snapdragon 875 modelinin performansı 12% yüksəlib. Snapdragon 775G prosessoruna gəldikdə isə insayderlər xəbər veriblər ki, AnTuTu testində bu model 530.000 xal toplayır. Əvvəlki model olan Snapdragon 765G, AnTuTu testində 340.000 xal toplayır. Bu isə o deməkdir ki, Snapdragon 775G prosessorunun performans yüksəlişi 55% təşkil edir. Məlumatda qeyd edilib ki, AnTuTu testlərindən keçmiş prosessorlar test məqsədli prosessorlar olublar. Buna görə də yeni prosessorların final versiyalarının bençmark nəticələri həm yuxarı həm də aşağı ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)