main-post-cover

    Snapdragon 875-in sahib olacağı vacib özəllik barəsində məlumat verilib

    Elm & Texnologiya
    28.06.2020
    Farid Pardashunas
        Digital Chat Station ləqəbli məşhur çinli insayder gələn il satışa çıxacaq flaqman və gamer smartfonların sahib olacaqları bəzi özəlliklərdən danışıb. Bu barədə Wccftech saytı xəbər verib. İnsayderin verdiyi məlumata əsasən bu ilin sonuna təqdimatı gözlənilən Snapdragon 875 prosessoru 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Bu prosessora sahib ilk gamer smartfonlar isə gələn ilin birinci rübündə satışa çıxacaqlar.
        Bundan əlavə olaraq insayder qeyd edib ki, Qualcomm şirkəti Snapdragon 875-i smartfon istehsalçılarına Snapdragon 865 ilə müqayisədə 100$ baha satacaq. Bir neçə müddət bundan öncə məlum olmuşdu ki, Snapdragon 875 prosessoru inteqrasiya edilmiş Snapdragon X60 5G modeminə sahib olacaq. Qeyd etmək lazımdır ki, Snapdragon 865-də 5G modem yoxdur. Buna görə də Snapdragon 865-ə sahib smartfonlarda 5G modem prosessordan ayrıca quraşdırılır.
        Qeyd etmək lazımdır ki, 2019-cu ildə Xiaomi şirkəti özünün 100 vatt gücündə olan Super Charge Turbo adlı sürətli şarj texnologiyasını sərgiləmişdi. Həmin texnologiya 4000 mAh enerji tutumlu batareyanı 17 dəqiqə ərzində şarj etmişdi. Çox güman ki, 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək ilk Xiaomi smartfonu Black Shark 4 gamer smartfonu olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər