Snapdragon 875 ilə bağlı bəzi yeni məlumatlar aşkarlanıb

Snapdragon 875 ilə bağlı bəzi yeni məlumatlar aşkarlanıb

Texnologiya
26.07.2020 PAYLAŞIM

        Qualcomm şirkəti hər ilin sonunda flaqman smartfonlar üçün nəzərdə tutulan yeni çipsetini təqdim edir. Yaxın günlərdə Snapdragon 865+ çipsetini təqdim edən şirkətin növbəti hədəfi gələn ilin ən güclü smartfonlarında istifadə ediləcək olan Snapdragon 875 çipsetini təqdim etməkdir. Yeni çipset ilə bağlı bəzi məlumatlar aşkarlanıb.

Snapdragon 875 çipseti "Lahaina" kod adına malik olacaq.


        Yeni məlumatlar daha əvvəl də sızdırdığı məlumatların doğruluğu ilə tanınan Roland Quandt-dən gəlir. Roland-a görə yeni çipset 5 nm istehsal arxitekturasında hazırlanacaq və "Lahaina" kod adına malik olacaq. Qeyd edək ki, Lahaina Hawaii adalarında yerləşən bir şəhərin adıdır. Texniki parametrlərə baxdığımızda isə Snapdragon 875 çipseti ARM şirkətinin yeni və ən güclü nüvələri olan Cortex X1Cortex A78-i istifadə edəcək.    

        Cortex X1 nüvəsi Snapdragon 865 və 865+ da istifadə olunan Cortex A77-dən 30%, yeni Cortex A78-dən isə 23% daha güclü olacaq. Cortex X1 nüvəsinin machine learning bacarıqlarının Cortex A78-dən 2 dəfə daha güclü olacağı da bildirilir. Həmçinin 5G modeminin bu səfər çipsetin daxilinə inteqrasiya ediləcəyi də aşkarlanan məlumatlar arasındadır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Mobil operatorlar 5G internetinin real sürətini açıqlayıblar

4G şəbəkəsi ilə müqayisədə yeni nəsil 5G şəbəkəsinin diqqət çəkən sürətdə bağlantı təqdim edəcəyi gö..


SpaceX-in Starship kosmik gəmisinin prototipi sonunda testdən uğurla keçdi (VİDE..

Crew Dargon kosmik gəmisinin BKS-dən (Beynəlxalq Kosmik Stansiya) Yer kürəsinə qayıtdıqdan iki gün s..


Google şirkəti süni zəkanın superkompüterdə öyrənmə sürəti üzrə yeni rekorda imz..

Google şirkəti machine learning dəstəkli superkompüterlərin testlərinin sona çatdığını elan edib. Be..


Elon Musk, Neuralink-in yeni çipinin daha bir özəlliyindən danışdı: Yeni təqdima..

Elon Musk tərəfindən yaradılmış Neuralink şirkəti bu ilin sonunda beyin çiplərinin insan üzərində il..


Google, AirDrop analoqu Nearby Sharing funksiyasını Chrome brauzerinə əlavə edib..

Google şirkəti özünün AirDrop analoqu olan Nearby Sharing funksiyasını ilk növbədə Android 11-in bet..


Tesla elektromobilləri yeni batareyalar hesabına daha çox yol qətt edə biləcəklə..

Batareyanın tərkibində kobalt elementinin miqdarı nə qədər az olarsa enerjinin sıxlığə bir o qədər ç..

×