main-post-cover

    Snapdragon 865 və 875 flaqman prosessorları barəsində ilk məlumatlar ortaya çıxıb

    Elm & Texnologiya
    26.08.2019
    Farid Pardashunas
         Yenilənmiş Snapdragon 855 Plus prosessorunun təqdimatından sonra Qualcomm şirkəti Snapdragon 865 və dünyada ilk dəfə 5 nanometrlik texnoloji proses əsasında istehsal olunacaq Snapdragon 875 prosessorunun hazırlanmasına start verdi. İndi isə internetdə bu hər iki prosessor modeli barəsində məlumatlar ortaya çıxıb. Bu barədə Wccftech.com saytı məlumat verib. Yeni prosessorların istehsalatlarının aparılacağı yer kimi Qualcomm Tayvanın TSMC şirkətini seçib. Məhz həmin şirkətin  zavodunda Snapdragon 875 prosessoru istehsal olunacaq.
         1 il bundan əvvəl Qualcomm artıq Samsung ilə əməkdaşlıq etmişdi. Həmin əməkdaşlıq çərçivəsində Snapdragon 830, 835 845 prosessor modelləri məhz Samsung zavodlarında istehsal olunmuşdu. Məhz TSMC ilə Samsung şirkətləri 7 və 5 nanometrlik texnoloji proses əsasında hazırlanan prosessor modellərinin istehsalı üçün lazımi texnologiyalara sahibdirlər. Hələ bir neçə müddət bundan öncə məşhur bençmark saytı olan Geekbench-in məlumatlar bazasında Kona kod adına sahib prosessor modeli aşkar edilmişdi. Həmin prosessor Geekbench-in birnüvəli testində 4160 xal, çoxnüvəli testində isə 12946 xal toplamışdı.
         Məlumata əsasən Kona kod adına sahib prosessor modeli məhz Snapdragon 865-dir. İnsayderlər bildiriblər ki, Snapdragon 865 prosessoru LPDDR5X standartlı RAM yaddaşını və UFS 3.0 standartlı daxili yaddaşı dəstəkləyəcək. Prosessor iki versiyada təqdim olunacaq. Onlardan biri 5G şəbəkəsini digəri isə LTE şəbəkəsini dəstəkləyəcək. Daha öncədən Samsung şirkəti bildirmişdi ki, 5 nanometrlik texnoloji proses əsasında hazırlanmış prosessorlar 7 nanometrlik texnolooji proses əsasında hazırlanmış prosessorlar ilə müqayisədə enerji sərfiyyatının 20% azalmasına malikdirlər. Lakin məlumata əsasən bu cür prosessorların istehsalına Samsung və TSMC şirkətləri yalnız 2021-ci ildə ildə hazır olacaqlar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər