main-post-cover

    Snapdragon 865 prosessorunun təqdimat tarixi sızdırıldı

    Elm & Texnologiya
    07.11.2019
    Farid Pardashunas
        Çinin Weibo adlı sosial şəbəkəsində Qualcomm-un yeni flaqman prosessoru olacaq Snapdragon 865-in təqdimat posteri ortaya çıxıb. Həmin posterdə həmçinin prosessorun təqdimat tarixi də əks olunub. Bu barədə Mydrivers saytı xəbər verib. Məlumat sızıntısına inansaq, hər il keçirilən  Qualcomm Snapdragon Tech Summit tədbiri bu il 3-5 dekabr tarixlərində baş tutacaq. Ənənəyə sadiq qalaraq təqdimat tədbiri Maui adasında (Havay adaları) keçiriləcək. Son məlumat sızıntılarına əsasən Snapdragon 865 iki versiyada təqdim olunacaq və onlardan biri Snapdragon X55 adlı 5G modemə sahib olacaq. Bununla yanaşı şirkət Snapdragon 865-dən əlavə orta büdcəli Snapdragon 735 prosessorunu da təqdim edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər