Snapdragon 865 prosessorunun təqdimat tarixi sızdırıldı
Elm & Texnologiya
07.11.2019
Farid Pardashunas
Çinin Weibo adlı sosial şəbəkəsində Qualcomm-un yeni flaqman prosessoru olacaq Snapdragon 865-in təqdimat posteri ortaya çıxıb. Həmin posterdə həmçinin prosessorun təqdimat tarixi də əks olunub. Bu barədə Mydrivers saytı xəbər verib. Məlumat sızıntısına inansaq, hər il keçirilən Qualcomm Snapdragon Tech Summit tədbiri bu il 3-5 dekabr tarixlərində baş tutacaq. Ənənəyə sadiq qalaraq təqdimat tədbiri Maui adasında (Havay adaları) keçiriləcək. Son məlumat sızıntılarına əsasən Snapdragon 865 iki versiyada təqdim olunacaq və onlardan biri Snapdragon X55 adlı 5G modemə sahib olacaq. Bununla yanaşı şirkət Snapdragon 865-dən əlavə orta büdcəli Snapdragon 735 prosessorunu da təqdim edə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)