main-post-cover

    Snapdragon 865 Plus AnTuTu testlərindən keçdi: Yeni prosessorun performansı necə olacaq?

    Elm & Texnologiya
    12.06.2020
    Emil Nəcəfov
        İnsayderlər artıq dəfərlərlə bildiriblər ki, Qualcomm şirkəti Snapdragon 865 prosessor modelinin Plus versiyaıs üzərində çalışır. İndi isə bu məlumatlar öz təsdiqini tapıblar. Belə ki, Snapdragon 865 Plus prosessoru AnTuTu testlərindən keçib və adi Snapdragon 865 modelini diqqət çəkən səviyyədə geridə qoyub. Bu barədə Gizmochina saytı xəbər verib.  Snapdragon 865 Plus-ın AnTuTu  bençmark saytındakı test nəticələrinin əks olunduqları foto Çinin Weibo sosial şəbəkəsində ortaya çıxıb.
        Fotonu təqdim etmiş istifadəçinin sözlərinə əsasən həmin test nəticələri məhz Snadragon 865 Plus-a aiddir. Beləliklə təqdim edilmiş fotodan da görmək olar ki, Snapdragon 865 Plus prosessoru AnTuTu-da 667.253 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, adi Snapdragon 865 modeli AnTuTu-da 604.123 xal toplayır. Ayrı-ayrı göstəricilər üzrə test nəticələri isə aşağıdakı kimidir:
    - CPU performansı - 184.973 xal
    - GPU performansı - 283.302 xal
    - Yaddaş performansı - 112.050 xal
    - İnterfeys performansı - 86.928 xal.
        Məlumata əsasən Spadragon 865 Plus prosessoru bu ilin üçüncü rübündə təqdim olunacaq. Onu ilk əldə edəcək smartfon modeli isə Lenovo Legion gamer smartfonu ola bilər.
    Linki kopyala