main-post-cover

    Snapdragon 865 artıq sabah təqdim oluna bilər

    Elm & Texnologiya
    23.09.2019
    Farid Pardashunas
        Hal hazırda aktual olan Snapdragon 855 Plus prosessoru artıq bir çox flaqman smartfon modelləri tərəfindən istifadə olunur. Lakin Qualcomm şirkəti artıq bu prosessor modelini də əvəzləməyə hazırlaşır. Şirkətin təqdim etdiyi yeni tizer fotosuna əsasən yeni flaqman prosessor artıq bu ay təqdim oluna bilər. Məlumata əsasən keçiriləcək yeni təqdimat tədbiri çərçivəsində şirkət Snapdragon 865 adlı yeni prosessor modelini təqdim edəcək. Bu barədə Mydrivers saytı xəbər verib.
        Məlumata əsasən Qualcomm şirkəti təqdimat tədbrini artıq sabah keçirdəcək. Heç istisna deyil ki, sabah təqdimatı olacaq Mi Mix Alpha smartfonu bu prosessoru əldə edəcək ilk smartfon modeli olacaq. Bu cür vəziyyət Mi Mix Alpha-nın satışlarının təxirə salınacağı halda məntiqli görünür. Adətən Qualcomm şirkəti öz flaqman prosessor modellərini ilin sonunda təqdim edir. Şirkət tərəfindən təqdim edilmiş tizer fotosundakı 3 rəqəmi isə sözügedən yeni prosessoru əldə edəcək cihazların sayına işarə edə bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər