Snapdragon 8 Gen 3 hansı performansı sərgiləyəcək?

Snapdragon 8 Gen 3 hansı performansı sərgiləyəcək?

Texnologiya
07.06.2023 PAYLAŞIM

    Qualcomm şirkəti keçən həftə Snapdragon 8 Gen 3 flaqman prosessorunun təqdimat tədbirini anons etmişdi. Təqdimat 24 oktyabr tarixində baş tutacaq. İndi isə şirkət sözügedən prosessorun lazımi şəkildə optimizasiya edilməsi prosesindədir. Nəzərə almaq lazımdır ki, bu cür məhsulun test versiyasından fərqli olaraq istehlakçı versiyası dəqiq şəkildə optimizasiya edilməlidir. Əks halda prosessor tərəfindən smartfon resurslarının düzgün olmayan şəkildə istifadəsi və prosessorun sürətlə qızması problemləri yarana bilər. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən şirkət ilk öncə Snapdragon 8 Gen 3-ün Cortex-X4 nüvəsinin çalışma tezliyini 3.4 GHz səviyyəsində təyin etmək istəyirdi.

    İndi isə bu göstərici 3.18 GHz tezlikdə təyin edilib. Bu isə Snapdragon 8 Gen 2-nin Cortex-X3 nüvəsinin çalışma tezliyi (3.2 GHz) ilə eyni səviyyədədir. Bu, ilk baxışdan Snapdragon 8 Gen 3-də hər hansısa bir irəliləyişin olmayacağı fikrini yaradır. Lakin prosessorun Geekbench 5 test nəticələri diqqəti cəlb edirlər. Belə ki, prosessor Geekbench 5-in bir nüvəli testi çərçivəsində 1700 xal, çox nüvəli testi çərçivəsində isə 6600 xal toplayır. Müqayisə üçün qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 2 eyni bençmarkın bir nüvəli testi çərçivəsində 1480 xal, çox nüvəli testi çərçivəsində isə 4750 xal toplayır.




DAHA ÇOX


Samsung Galaxy Tab A9+ planşetinin texniki göstəriciləri ortaya çıxıb

Samsung şirkətinin hələ təqdim edilməmiş Galaxy Tab A9 planşet seriyasına daxil olacaq Galaxy Tab A9..


Apple elektromobili yaxın gələcəkdə işıq üzü görməyə bilər

Hələ bir neçə müddət bundan öncəyə kimi internetdə ara-sıra Apple şirkətinin elektromobil layihəsi b..


ASUS ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib - QİYMƏTİ..

ASUS şirkəti ofis işləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib.


Xiaomi Black Shark Lucifer Earphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib -..

Xiaomi şirkəti qlobal bazarda Black Shark S1 smart saatı ilə yanaşı həmçinin Black Shark Lucifer Ear..


Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ..

Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu..


Acer 180 Hz-lik təsvir yenilənməsinə sahib yeni monitorunu təqdim edib - QİYMƏTİ..

Acer şirkəti özünün monitorlar seriyasını yeni model ilə genişləndirib.

×