main-post-cover

    Snapdragon 7+ Gen 1 barəsində məlumatlar verilib

    Elm & Texnologiya
    09.03.2023
    Emil Nəcəfov
        Yaxın zamanda Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim etməlidir. Söhbət, Snapdragon 7+ Gen 1-dən gedir. Digital Chat Station ləqəbli məşhur insayder daha öncə qeyd etmişdi ki, Snapdragon 7+ Gen 1 faktiki olaraq Snapdragon 8+ Gen 1 ilə oxşardır. Sadəcə olaraq Snapdragon 8+ Gen 1-dən fərqli olaraq yeni prosessor daha aşağı tezlikdə çalışacaq. İndi isə məşhur insayder təqdimata hazırlaşan Snapdragon 7+ Gen 1 barəsində daha ətraflı məlumatı təqdim edib.
        Beləliklə məlumatda qeyd edilib ki, yeni prosessor Adreno 725 qrafik çipini əldə edəcək. CPU-nun hansı tezlikdə çalışacağı barəsində məlumat yoxdur. Lakin güman etmək olar ki, CPU 3 GHz tezlikdə çalışacaq. Bununla yanaşı Digital Chat Station sözügedən yeni prosessoru əldə edəcək smartfonlar üzərində çalışan brendlərin adlarını da açıqlayıb. Onların arasında Xiaomi, Redmi, OPPO, Vivo, Realme, Honor və s. kimi brendlər var. İnsayder bildirib ki, Snapdragon 7+ Gen 1 prosessoruna sahib ilk smartfonlar artıq bu ayın sonunda təqdim olunmalıdır.
    Linki kopyala