main-post-cover

    SMS və MMS-in yerinə 5G mesajlar standartı gələcək

    Elm & Texnologiya
    08.04.2020
    Farid Pardashunas
        Çinin China Mobile, China TelecomChina Unicom kimi böyük operatorlarının keçirtdikləri online konfrans çərçivəsində 5G mesajlar standartı təqdim edilib. Faktiki olaraq bu, adi SMS-in daha təkmilləşdirilmiş versiyasıdır və istifadəçiyə daha çox imkanlar verir. Bu barədə Gizchina saytı xəbər verib. 5G mesajlar artıq köhnəlmiş SMS və MMS standartlarını əvəz etməlidir. 5G mesajar standartı mətnli mesajlardan əlavə olaraq foto, video, audio, smaylik və hətta kontakt məlumatlarını da göndərməyə imkan verir.
        Bundan əlavə olaraq istifadəçilər 5G mesajlar standartı vasitəsilə göndərilmiş mesajların vəziyyətlərini izləyə və yazışmanın tarixçəsini idarə edə bilirlər. Bununla yanaşı sözügedən texnologiya istifadəçi ilə əlavə qarşılıqlı əlaqə üsullarını da dəstəkləyir. Buna misal olaraq alış-verişlərin ödənişini gətirmək olar. Keçirilmiş online konfransda operatorlardan əlavə olaraq 11 smartfon istehsalçısı da iştirak edib. Onların arasında Huawei, OPPO, Lenovo, Meizu, Samsung, Xiaomi, Vivo ZTE şirkətləri də olub.
        ZTE şirkəti həmçinin qeyd edib ki, o, GSMA UP2.4 standartı əsasında 5G mesajların test olunmasında China Mobile operatoruna yardımçı olub. Huawei şirkəti isə öz növbəsində qeyd edib ki, o, 10 aprel tarixindən başlayaraq sözügedən texnologiyanın testinə start verəcək. 5G mesajlar standartının iyun ayında irimiqyaslı istifadəsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, SMS standartını əvəz edəcək daha bir texnologiya da Rich Communications Service (RCS) standartıdır. Bu standart Google tərəfindən inkişaf etdirilir. ABŞ-ın mobil operatorları bu standarta keçid etdiklərini elan ediblər. RCS standartı da fotoların göndərilməsi imkanını verir və qrup çatlarını dəstəkləyir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər