main-post-cover

    Skype, Android versiyası ilə yeni bir rekorda imza attı

    26.10.2017
    Farid Pardashunas
    6 il əvvəl Skype-ı satın alan Microsoft, mobil cihazlarda FaceTime və WhatsApp kimi tətbiqlər ilə yarışacaq hala gələ bilmək üçün hər keçən gün yeni bir xüsusiyyət ilə istifadəçilərin qarşısına çıxmağa davam edir.
    Bu il Skype-ın Android versiyasına böyük ağırlıq verən Microsoft, İyun ayında yayımladığı Skype 8.0 versiyası ilə birlikdə tətbiqin dizaynını başdan aşağı dəyişdirərək, bir çox yeniliyi istifadəçilərə təqdim etdi.
    Edilən radikal dəyişikliklərin Skype-ın hücuma keçməsini təmin etdiyi, Play Store məlumatları sayəsində bir dəfə daha təsdiqləndi. Çünki, Skype-ın Android versiyasının  yüklənmə rəqəmləri, bu gün etibarilə 1 milyard səddini aşdı.
    İyul 2013-cü ildə Play Store üzərindən 100 milyon dəfə yüklənən Skype-ın yüklənmə rəqəmləri fevral 2015-ci ildə 500 milyon səviyyəsinə çatarkən, son iki ildə həyata keçirilən dəyişikliklər ilə birlikdə bu ədəd ikiyə qatlanmış oldu.
    Microsoft bu sayədə 2011-ci ildə 8.5 milyard dollar ödəyərək satın aldığı Skype ilə ciddi bir böyümə sürətinə çatarkən, irəliləyən dövrdə edəcəyi radikal dəyişikliklər maraqla gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər