main-post-cover

    Sinqapurda 20 saniyəyə şarj olunan elektrobus istifadəyə verilib

    Elm & Texnologiya
    24.01.2018
    Emil Nəcəfov
    Sinqapur Universiteti öz kampusunda nəqliyyat təcrübələrini aparmaqda davam edir.
    Bir neçə il bundan öncə orda pilotsuz avtomobilləri istifadəyə verdilər. İndi isə elektrikli avtobus istifadəyə verilib. Lakin həmin avtobusun sükanında hələ də sürücü var. Bu avtobusun əsas özəlliyi isə ondan ibarətdir ki, onun batareyaları 20 saniyə ərzində şarj olunurlar. Bu barədə New Atlas saytı xəbər verib. 22 nəfər sərnişin üçün nəzərdə tutulmuş elektrobus “BlueSG” şirkəti tərəfindən yaradılıb. Yeni elektrobus 30 km yol qətt etməyə imkan verən batareyalara sahibdir.

    Lakin həmin batareyalar rezerv funksiyasını daşıyırlar. Avtobusun əsas elektrik enerji mənbəyi isə onun superkondensatorudur. Avtobus dayanacaqda dayandığı 20 saniyə ərzində isə tamamilə şarj olunur. Tələbə şəhərciyində olan hər bir dayanacaq xüsusi şarj sisteminə sahibdir. Avtobus dayanacağa yaxınlaşan zaman dayanacaqda olan xüsusi teleskopik giriş avtobusa tərəf uzanır və ona enerji mənbəyi verir. Həmin elektrik enerji vasitəsilə isə avtobus 2 km yol qətt edə bilir. Bu cür göstərici isə avtobusun bir dayanacaqdan digərinə getməsi üçün kifayət edir.
    Linki kopyala