main-post-cover

    Sharp'tan 120 Hz ekrana sahib smartfon (VİDEO)

    Elm & Texnologiya
    21.10.2017
    Orxan Jafarli
    Sharp, günümüz smartfon bazarında təəssüf ki, tanınan bir marka deyil. Ancaq, öz vətənində olduqca maraq görən marka hər keçən gün çıxardığı telefonlar ilə adından söz etdirməyə davam edir.
    Son dövrdə çərçivəsiz smartfon işləri ilə tanınan Sharp, ekran mövzusunda müvəffəqiyyətli bir firma olduğunu Aquos R ardıcıllığının kiçik quruluşu ilə diqqət çəkən yeni Aquos R Compact modeli ilə bir dəfə daha sübut etdi.
    Digər modellərin əksinə Aquos R Compact, alt kənarı olduqca qalın bir dizayn ilə gələrkən, üst səviyyə ekranı ilə istifadəçiləri heyran etməyi bacaracaq.
    Cihazın 4.9 inç böyüklüyündə olan IGZO LCD ekranı, 2032 × 1080 piksel keyfiyyəti təqdim edir. Üst kənarlara doğru qövslü bir quruluşda olan ekranın ən diqqət çəkici nöqtəsi isə 120 Hz yenilənmə sürətinə sahib olmasıdır.
    Qualcomm-un 2.2 GHz sürətində işləyən səkkiz nüvəli Snapdragon 660 prosessorundan güc alan cihaz, Adreno 512 qrafik əməliyyat sistemindən ibarətdir.
    3 GB RAM və 32 GB yaddaş sahəsi  ilə Aquos R Compact arxa tərəfdə16.4 megapiksellik kamera və öndə tərəfdə isə 8 meqapikselli kamera yer alır.
    Android 8.0 Oreo və EMOPA 7.0 istifadəçi interfeysi ilə qutudan çıxan və Quick Charge 3.0 texnologiyasını dəstəkləyən Aquos R Compact, 2500 mAh tutumlu batareyadan gücünü alacaq və ilk etapda Yaponiyada satışa təqdim ediləcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər