main-post-cover

    Seulda pilotsuz avtobuslar istifadəyə verilib (VİDEO)

    Elm & Texnologiya
    28.11.2022
    Farid Pardashunas
        Cənubi Koreyanın ən böyük avtomobil istehsalçısı olan Hyundai-n tərkibinə daxil olan 42 Dot adlı şirkət tamamilə avtopilot əsasında çalışan avtobusların kommersiya məqsədli istifadələrinə start verildiyini elan edib. Cənubi Koreyanın paytaxtı olan Seulda sözügedən avtobuslar üçün xüsusi yol xətti ayrılıb. Seul sakinləri artıq bu avtobuslardan faydalana bilərlər. Sözügedən layihə test rejimində istifadəyə verildiyi üçün pilotsuz avtobuslar vasitəsilə gedişlər pulsuzdur. Lakin pilotsuz avtobuslardan istifadə etmək istəyənlər xüsusi mobil tətbiq vasitəsilə özləri üçün yer rezerv etməli olacaqlar.
        Rezerv etmiş istifadəçilər sözügedən pilotsuz avtobuslar üçün nəzərdə tutulmuş 2 dayanacaqdan birində gözləyə bilərlər. 3.4 km uzunluğunda olan marşrut üzrə 2 pilotsuz avtobus hərəkət edir. Avtobus sərnişinləri bir nöqtədən digərinə 20 dəqiqə ərzində çatdırır. 42 Dot şirkətinin pilotsuz avtobusları dairəvi formalara və böyük ölçülü şüşələrə sahibdirlər. Xarici görünüşcə onlar bir növ oyuncaq avtobusları xatırladırlar.
        Məlumatda qeyd edilib ki, bu cür dizayn bilərəkdən seçilib. Belə ki, ənənəvi avtobusların xarici görünüşləri artıq çox köhnəlib. Bu pilotsuz avtobuslar isə gələcəyin nəqliyyat növlərini xatırladırlar. Bundan əlavə olaraq sözügedən avtobuslar kompozit materiallardan hazırlanıb. Bu isə öz növbəsində onların istehsalat xərclərini aşağı salmağa və həmçinin istehsalat proseslərinin sürətləndirilməsinə imkan verir. Pilotsuz avtobus ətrafda baş verənləri təyin edə bilir. Bununla yanaşı o, işıqforları, piyadaları və yolda mümkün maneələri təyin edə bilir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər