Səudiyyə Ərəbistan insanlardan çox robotların yaşayacağı futuristik şəhəri tikmək üçün 500 milyard dollar vəsait ayıracaq

Səudiyyə Ərəbistan insanlardan çox robotların yaşayacağı futuristik şəhəri tikmək üçün 500 milyard dollar vəsait ayıracaq

Texnologiya
25.10.2017 PAYLAŞIM

Səudiyya Ərəbistan, sahəsi 26.500 kvadrat kilometr olacaq NEOM adlı böyük şəhərin tikilməsi üçün 500 milyard dollar vəsait ayıracaq.

Şəhər tamamilə bərpa olunan enerji mənbələri hesabına enerji ilə təmin olunacaq və qazıntı yanacağının istifadə olunmayacağı ən böyük yaşayış yeri olacaq. Bununla yanaşı NEOM sakinlərinin böyük bir hissəsini insanlar deyil, robotlar təşkil edəcək. Bu şəhərin Misir ilə İordaniya sərhədində olan Qırmızı dəniz sahilində tikilməsi planlaşdırılır. Bu plan haqqında Səudiyyə Ərəbistabnın varis şahzadəsi Mohammad bin Salman bin Abdulaziz Al Saud, Future Investment Initiative tədbirində danışıb. NEOM sayəsində ərəb ölkəsi öz iqtisadiyyatını dəyişməyi və ilk növbədə neft daxil olmaqla təbiət resurslarından az səviyyədə asılı olmağı planlaşdırır.



Nyu York-un sahəsindən 33 dəfə böyük olacaq NEOM futuristik şəhəri öz enerjisini günəş və külək qurğuları sayəsində əldə edəcək. Əgər bu layihə reallaşsa, onda NEOM bərpa olunan enerji ilə təmin olunacaq ən böyük şəhər olacaq. Sözügedən şəhərin tikilməsi üçün Səudiyyə Ərəbistan höküməti özəl investorlarla birlikdə 500 milyard dollar vəsait ayıracaq. Bu vəsaitin bir hissəsini ölkə, “Saudi Aramco” adlı böyük neft şirkətinin 5%-nin satılmasından əldə etməyi planlaşdırır. Bununla yanaşı gələcəyin şəhərinə həmçinin “SoftBank”ın CEO-su Masayoshi Son da investisiya yatıracağına söz verib.


Arab News-un verdiyi məlumatlara əsasən NEOM-dakı əsas investisiya sektorları siyahısında qida sənayesi, biotexnologiyalar, innovasiyalı sənaye istehsalı, rəqəmsal elmlər, energetika su resurslarının istifadəsi, həmçinin insan resurslarıəyləncə olacaq. NEOM-da nəqliyyat tamamilə avtonom rejimdə çalışacaq və bir çox xidmətləri məhz robotlar təqdim edəcəklər. Güman olunur ki, şəhərdə insanlardan çox robotlar olacaq. Şəhər sakinlərinə tamamilə pulsuz şəkildə dünya səviyyəsində təhsilin və bütün elektron dövlət xidmətlərinin təqdim olunacağına söz verilib.

“Biz sıfırdan tamamilə yeni şəhər tikəcəyik. O, avtonom nəqliyyat üçün əlverişli və robotexnika sahəsinin inkişaf mərkəzi olacaq. NEOM tamamilə yeni bir şey yaratmaq istəyən xəyalpərəstlər üçün yer olacaq” – deyə bin Salman qeyd edib.

Layihənin planı hələki tərtib olunmasa da onun ilk mərhələsinin 2025-ci ildə tikilib başa çatdırılması planlaşdırılır. NEOM-un rəhbəri isə Klaus Kleinfeld olacaq. Daha öncə Klaus, Alcoa adlı metallurgiya şirkətinin rəhbəri olmuşdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..

×