main-post-cover

    Sərtləşdirilmiş ABŞ sanksiyaları Huawei üçün yeni Kirin prosessorunun istehsalına təsir edəcəkmi?

    Elm & Texnologiya
    25.05.2020
    Emil Nəcəfov
        ABŞ hökuməti tərəfindən Huawei şirkətinə tətbiq edilən sanksiyalar bir neçə müddət bundan öncə sərtləşdirildi. Bu isə öz növbəsində Kirin 1020 prosessor modelinin istehsal prosesini təhlükə altına atdı. Lakin bu ilin payız fəslində təqdim olunacaq Huawei Mate 40 smartfon seriyası üçün narahat olmaq lazım deyil. Belə ki, sözügedən seriya üçün Kirin 1020 prosessorunun istehsalı tam plan üzrə gedəcək.
        Məsələ burasındadır ki, ABŞ hökuməti tərəfindən təyin edilmiş yeni sanksiyalar ABŞ texnologiyalarından istifadə edən bütün istehsalçıların xüsusi icazə lisenziyası olmadan Huawei ilə əməkdaşlığı qadağan edirlər. Bu, ilk növbədə yarımkeçirici məhsullar hazırlayan istehsalçılara aiddir. Buna görə də Tayvanın TSMC şirkəti Huawei şirkətinin yeni prosessor istehsalı sifarişindən artıq imtina edib. Lakin TSMC şirkətinin bu ilin sentyabr ayına kimi vaxtı var ki, artıq qəbul edilmiş sifarişləri yerinə yetirsin.
        Yeni sanksiyalar qəbul olunan zaman məlumat yayılmışdı ki, həmin sanksiyalar Kirin 1020 prosessor modelinin istehsalında problemlər yaradacaq. Qeyd etmək lazımdır ki, bu il təqdim olunacaq Mate 40 smartfon seriyası və Honor brendinin yeni smartfonları məhz bu prosessorla təchiz olunmalıdırlar. Lakin indi ortaya çıxmış məlumata əsasən TSMC şirkəti Huawei üçün sözügedən prosessoru ilk vaxtlarda istehsal etməyə davam edəcək. Kirin 1020 prosessoru 5 nanometrilik texnoloji proses əsasında hazırlanmalıdır və onun performansı ilə enerji sərfiyyatı effektivliyi yüksəlməlidir. 
    Linki kopyala