main-post-cover

    Sayca 6-cı dəfə təşkil olunan Barama Hackathon yarışına qeydiyyatın bitməsinə son 2 gün

    18.11.2018
    Farid Pardashunas
        Hər il mütəamadi olaraq təşkil olunan və artıq ənənə halını almış Barama Hackathon - proqramçıların sevimli yarışı növbəti dəfə Fintech mövzusu ilə geri dönür.  "Barama Hackathon Series - 6th 2018 Fall Fintech Hackathon" adı ilə keçiriləcək yarış 24-25 Noyabr tarixində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində təşkil olunacaq. Azercell Telecom MMC, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi-nin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə keçiriləcək yarışda iştirakçılar çox maraqlı 36 saat, qalibləri mükafat gözləyir. 
        Hackathonun əsas mövzusu FinTech yəni maliyyə texnologiyaları sahəsidir. Proqramçılar 36 saat ərzində həmin gün açıqlanacaq tapşırığa uyğun olaraq risklərin idarə edilməsi, ticarət, investisiya, şəxsi maliyyələr və “big data" mövzularında həllər hazırlayacaq. 50-yə yaxın iştirakçının qəbul ediləcəyi bu yarışda komandalar hər birində 3 nəfər üzv olmaqla, mübarizə aparacaqlar. 20 Noyabr tarixinə qədər 18 yaşından yuxarı və proqramlaşdırma təcrübəsinə sahib hər bir kəs qeydiyyatdan keçəmklə onlayn seçim mərhələsində iştirak edə bilərlər. 
        Yarışda qalib gəlmiş komandalar uyğun olaraq 2000 AZN, 1000 AZN və 500 AZN dəyərində hədiyyə kuponları əldə edəcəklər. Yarışın proqramı, digər şərtlər və qeydiyyat üçün Hackathonun rəsmi saytından məlumat əldə edə bilərsiniz. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər