main-post-cover

    Saxta Apple AirPods modelləri insan sağlamlığına zərərlidirlər

    Elm & Texnologiya
    27.01.2020
    Emil Nəcəfov
        Naqilsiz Apple AirPods qulaqlıqlarının məşhurlaşması nəticəsində həmin qulaqlıqların çox sayda klonları satışa çıxdı. Lakin Fransanın nüfuzlu 60 Millions de Consommateurs saytı aşkar edib ki, həmin saxta AirPods modelləri orijinaldan təkcə qiymət göstəricisi və səs keyfiyyətinə görə fərqlənmirlər. Belə ki, saxta AirPods modelləri həmçinin istifadəçilər üçün təhlükə mənbəyidirlər. Bu barədə Gizchina saytı xəbər verib. Məlumatda qeyd olunub ki, adi versiyası 159$-a, Pro versiyası isə 249$-a satılan qulaqlıqların saxta versiyalarının külli miqdarda istehsal olunması heç də təəccüblü deyil.
        Məlumata əsasən AirPods klonlarının bir çoxu orijinal modelin dizaynını əldə etməklə yanaşı həmçinin Apple H1 prosessoru ilə də təchiz olunurlar. Mütəxəssislər öz növbələrində test üçün 7 cüt saxta AirPods modeli sifariş ediblər. Onlardan yalnız 4 cütü nəticədə sifarişçilərə gəlib çatıb. Əldə edilmiş 4 cüt qulaqlıqdan 1 cütü çalışmayıb. Nəticədə 3 cüt qulaqlığı test etmək mümkün olub. Aşağı keyfiyyətli səs ilə yanaşı mütəxəssislər qeyd ediblər ki, sifariş edilmiş qulaqlıqlardan biri eşitmə qabiliyyətinə təhlükə mənbəyi sərgiləyib.
        Belə ki, həmin qulaqlıq modelinin maksimal səs gücü 10 dB-dən (desibel) çox təşkil edib. Bu isə ölkələrdə qəbul edilmiş standartdan daha yüksəkdir. Test nəticəsində mütəxəssislər istifdəçilərə yalnız orijinal məhsulların alınmasını məsləhət görüblər. Onlar qeyd ediblər ki, saxta modellərin əsas mənfi cəhətləri onların aşağı keyfiyyətdə olmaları deyil. Onların ən böyük mənfi cəhətləri ondan ibarətdir ki, onlar insan sağlamlığına zərər vura bilərlər.
    Linki kopyala