main-post-cover

    Satışa çıxma ərəfəsində olan Tesla Semi-nin nə qədər yol qətt edə biləcəyi məlum olub

    Elm & Texnologiya
    29.11.2022
    Farid Pardashunas
        Elon Musk satışlara hazırlaşan Tesla Semi yük maşınının testləri barəsində məlumat verib. Qeyd etmək lazımdır ki, sözügedən yük maşınını sifariş etmiş şirkətlər onları artıq 1 dekabr tarixində əldə edəcəklər. İndi isə sözügedən elektrikli yük maşınının bir dəfə şarj olunandan sonra 40 tona yaxın ağırlıqda yüklə nə qədər yol qətt edə biləcəyi barəsində rəsmi məlumat verilib. Beləliklə Musk-ın sözərinə əsasən Tesla Semi 36 740 kq ağırlığında olan yük konteyneri ilə birlikdə 804 km yol qətt edə bilib. Bu göstərici isə yük maşınının 2017-ci ildə təqdimatı zamanı qeyd edilmiş göstərici ilə eynidir.
        İlk əvvəl şirkət Tesla Semi-ni 4 ədəd elektrikli mühərrik ilə təchiz etməyi planlaşdırırdı. Bunun sayəsində yük maşını 30 dəqiqə şarj olunandan sonra 640 km yol qətt etməli idi. Lakin daha sonra şirkət Semi-ni 3 ədəd elektrikli mühərrik ilə təchiz etmək qərarına gəldi. Qeyd etmək lazımdır ki, sözügedən yüş maşınının satışları 4 dəfə təxirə salınıb. 2017-ci ildə baş tutmuş təqdimatdan sonra isə Semi-ni ön sifariş etmiş ilk şirkətlərdən biri Pepsi oldu. O, 100 ədəd Tesla Semi sifariş etmişdi. Musk-ın sözlərinə əsasən 1 dekabr tarixində Pepsi şirkəti artıq onları istifadəyə verə biləcək. Qeyd etmək lazımdır ki, Tesla Semi-nin qiyməti 150 000$-dan 200 000$-a kimi təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər