Samsung W20 standart qapaqlı flaqman smartfon olmayacaq

Samsung W20 standart qapaqlı flaqman smartfon olmayacaq

Texnologiya
08.11.2019 PAYLAŞIM

    Qapaqlı yeni Samsung W20 smartfon modelinin təqdimatından öncə onun barəsində demək olar bir çox məlumatlar məlum oldu. Lakin yeni məlumat sızıntısı hətta insayderləri də təəccübləndirməyi bacarıb. Belə ki, internetdə bu smartfonun təqdimat tarixini əks etdirən poster təqdim olunub. Lakin həmin posterdə diqqəti daha çox çəkən isə smartfonun dizaynıdır. Fotodan belə qənaətə gəlmək olar ki, Samsung W20 smartfonu heç də standart qapaqlı smartfon olmayacaq.

    Bu barədə Gizchina saytı xəbər verib. Təqdim edilmiş posterdə əks olunmuş smartfon dizayn baxımından Galaxy Fold-u xatırladır. Belə ki, o da Galaxy Fold kimi ortadan qatlanma mexanizmi dizaynına sahib olacaq. Posterdə smartfonun hansı ölçüdə ekrana və hansı texniki göstəricilərə sahib olacağı barəsində bir məlumat yoxdur. Əvvəlki məlumat sızıntılarına əsasən smartfon Snapdragon 855 Plus prosessoru, 8/12 GB RAM və 5G modem ilə təchiz olunacaq. Samsung W20-nin təqdimatı 19 noyabr tarixində baş tutacaq. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Tesla'nın elektrikləşdirilmiş pikap modelinin adı məlum oldu

Elon Musk artıq Tesla-nın ilk pikap modelinin təqdimat tarixini təsdiqləyib.


Microsoft heç gözlənilmədən Windows 10 Mobile üçün sistem yenilənməsini təqdim e..

Microsoft şirkəti hələ bir neçə müddət bundan öncə bildirmişdi ki, bu ilin dekabr ayında Windows Mob..


Android smartfonları qulaqlıqlar vasitəsilə hack etmək olar

Amerikalı tədqiqatçılar Android smartfonlarda yeni növ boşluq aşkar ediblər.


Xiaomi şirkəti yeni Motorola RAZR'a bənzəyən smartfonun patentini aldı

Dünən təqdim edilmiş yeni Motorola RAZR smartfonu elastiki ekrana sahib ilk qapaqlı smartfon modeli ..


Yeni qatlana bilən Motorola RAZR smartfonunun ekran dəyişilməsi hansı qiymətə ba..

Dünən təqdim edilmiş yeni Motorola RAZR smartfonu qatlana bilən smartfonlar sırasına daxil oldu. ..


Facebook şirkəti nəticədə TikTok'a çevrilmiş Musical.ly servisini hələ 2016-cı i..

Facebook şirkəti 2016-cı ildə bir neçə ay ərzində qısa musiqili videolar servisi olan Musical.ly-ni ..