main-post-cover

    Samsung-un yeni texnologiyası mobil internetdə rekord sürət əldə etməyə imkan verib

    Elm & Texnologiya
    05.03.2021
    Emil Nəcəfov
        Samsung-un yeni texnologiyası smartfonlarda məlumatların ötürülməsi üzrə rekord sürət əldə etməyə imkan verib. Şirkətin yeni texnologiyası həmçinin 4G şəbəkələrin hesabına 5G şəbəkələrin əhatə dairəsini və stabilliyini yüksəldir. Samsung-un Cənubi Koreyadakı laboratoriyasında keçirilmiş test çərçivəsində şirkət 40 MHz diapazonda olan 4G tezlikləri 800 MHz diapazonda olan 5G tezlikləri ilə birləşdirə bilib. Bu üsul ilə bir smartfonda saniyədə 5.23 Gbit sürətlə məlumatların ötürülməsi əldə edilib. Test çərçivəsində Galaxy S20+ də daxil olmaqla Samsung-un müxtəlif cihazları iştirak edib.
        4G və 5G şəbəkələrinin kombinasiyası öz növbəsində sürətin artırılması üçün mobil operatorlara hər bir şəbəkənin üstünlüklərindən istifadə imkanını verəcək. Bu yeni texnologiya EN-DC adını əldə edib. Samsung 5G sahəsindəki ilk texnologiyalarını hələ 2018-ci ilin əvvəlində sərgiləməyə başlamışdı. Həmin vaxtda şirkətin texnologiyaları New Radio protokolu əsasında məlumatların saniyədə 1.7 Gbit sürətlə ötürülməsini sərgiləmişdi. 1 ildən sonra şirkət sürəti saniyədə 2.65 Gbit-ə, 2020-ci ildə isə saniyədə 4.3 Gbit-ə çatdırmışdı. Şirkətin yeni texnologiyası isə bu limiti geridə qoymağa imkan verib.
    Linki kopyala