main-post-cover

    Samsung-un yeni qatlana bilən smartfonu Galaxy Fold-dan 2 dəfə ucuz qymətə satılacaq

    Elm & Texnologiya
    17.01.2020
    Farid Pardashunas
        İnternetdə Samsung şirkətinin yeni qatlana bilən smartfon modeli barəsində yeni məlumatlar ortaya çıxıb. Bu dəfəki məlumat sızıntısı smartfonun qiyməti ilə əlaqəlidir. Bu barədə Sammobile saytı xəbər verib. Koreyanın kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən şirkətin yeni qatlana bilən smartfonu olacaq Galaxy Z Flip Koreyada 862$ dəyərində satışa çıxacaq.
        Məlumatda qeyd edilib ki, bu qiymət göstəricisi smartfonun baza versiyasına aiddir. Gözləntilərə əsasən smartfonun ən bahalı versiyasının qiyməti isə 1293$ təşkil edəcək. Qeyd etmək lazımdır ki, bu, keçən il təqdim edilmiş Galaxy Fold-dan və Motorola RAZR-dan daha ucuzdur. Belə ki, Galaxy Fold 2000$-a, Motorola RAZR isə 1500$-a satılır.
        Son məlumat sızıntılarına əsasən Galaxy Z Flip smartfonu Motorola RAZR-ın sahib olduğu dizayn şəklində reallaşdırılacaq və Snapdragon 855 prosessoru ilə təchiz olunacaq. Şirkət öz yeni qatlana bilən smartfon modelini Galaxy S20 flaqman smartfon seriyası ilə birlikdə 11 fevral tarixində təqdim etməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər