main-post-cover

    'Samsung'un tərəfdaşı, şirkətin gizli VR layihəsi haqqında məlumat verdi

    Elm & Texnologiya
    05.07.2017
    Emil Nəcəfov

    Günümüzdə virtual reallıq sahəsi ən perspektivlilərindən biri hesab olunur və hər bir böyük şirkət bu sahədə öz yerini tutmağa çalışır.

    Bu sahədə lider şirkətlərdən biri də öz Gear VR cihazı ilə “Samsung” şirkətidir. Bu cihazdan istifadə etmək üçün sözügedən şirkətin flaqman smartfonu lazımdır. Lakin bu cür üsul, VR uditoriyanın kiçilməsinə gətirib çıxardır. Məlumata görə məhz bu problemi aradan qaldırmaq üçün “Samsung” şirkəti hal hazırda özünün avtonom VR cihazı üzərində çalışır. Onun prototipi hələ bu ilin Mart ayında keçirilmiş MWC 2017 tədbirində təqdim edilmişdi. Sözügedən yeni VR cihaz haqqında məlumatları, göz hərəkətlərini izləyən texnologiya üzərində çalışan “Visual Camp” şirkəti verib. Şirkətin verdiyi məlumatlara əsasən yeni VR cihaz, Exynos VR III adlanır. Sözügedən cihaz, saniyədə 90 kadr keyfiyyətli WQHD+ iki ekran və ya biri 4K ekran olmaqla iki ekran ilə təchiz olunub. Bundan əlavə olaraq Exynos VR III, 2.5 GHz tezlikli 6 nüvəli Samsung M2, 1.7 GHz tezlikli 4 nüvəli Cortex-A53 prosessorları və Mali G71 MP20 videosürətləndiricisi ilə təchiz olunub. “Visual Camp” şirkətinin məlumatlarına əsasən bu VR cihazın çalışması üçün heç bir smartfon və ya kompüter lazım deyil və o, əl, üz və göz hərəkətlərini izləyə bilir. Bütün bunlardan əlavə olaarq sözügedən VR cihaz, təkmilləşdirilmiş render sistemindən də istifadə edir. Bunun sayəsində istifadəçinin VR cihazda baxacağı istiqamət çox dəqiq şəkildə ekranda əks olunacaq. 
    Linki kopyala