main-post-cover

    Samsung-un ofisinə prokurorlar tərəfindən basqın edilib

    Elm & Texnologiya
    06.04.2018
    Orxan Oguz
         Cənubi Koreyanın ən böyük texnologiya şirkətlərindən biri olan Samsung-un ofisinə bu səhər prokurorlar tərəfindən hücum olunub. Hadisə Samsung-un işçilərinin işçi ittifaqını gücləndirmək məqsədilə təxribat törətdiyi iddiasının araşdırılması üçün baş tutub. Texnologiya nəhəngi əvvəllər tez-tez siyasətçilər və qeyri-hökumət təşkilatları tərəfindən ittifaqlaşdırılmış işçi gücünə qarşı məsafəli dayandığına və sadəcə kiçik ittifaqlarla işlədiyinə görə qınaq obyektinə çevrilmişdi. 
        Mövzu ilə bağlı Reuters-ə açıqlama verən Dankook Universitetinin İqtisadiyyat professoru Kim Tai-gi əməkdaşlıq siyasəti güdən Cənubi Koreya prezidenti Moon Jae-nin adını çəkərək, ''Məncə idarə heyəti Samsung-un ittifaqlara qarşı davranmasına son verməlidir'', dedi.
       Texnologiya nəhənglərindən Samsung bir ailə tərəfindən idarə olunur və tez-tez qanunlarla qarşı-qarşıya gəlir. Ötən il rüşvət və sui-istifadədən tutularaq 5 il həbs cəzasına məhkum olunan Samsung vəliəhdi Jay Y. Lee-nin 6 aydan sonra evə buraxılması ölkədə böyük ajotaj yaratmışdı. Həbsdən əvvəl Samsung Prezidentinin müavini kimi işləyən Lee-nin sərbəst qalması əlavə olaraq Samsung-un gəlirlərinə də böyük zərbə vurmuşdu. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər