main-post-cover

    Samsung-un Exynos 1080 flaqman prosessoru barəsində bir sıra məlumatlar verilib

    Elm & Texnologiya
    11.10.2020
    Emil Nəcəfov
        5 nanometrlik Exynos 1080 flaqman prosessorunun təqdimatına az müddət qalmış Samsung şirkəti onun barəsində bəzi məlumatları təqdim edib. Prosessorun bəzi texniki özəllikləri ilə yanaşı həmçinin onu ilk əldə edəcək smartfon modelinin adı da açıqlanıb. Maraqlısı ondadır ki, Exynos 1080 prosessorunu əldə edəcək ilk smartfon heç də Samsung istehsalı smartfon olmayacaq. Bu barədə 4pda saytı xəbər verib. Şirkət qeyd edib ki, Exynos 1080 artıq istehsal prosesindədir.
        Beləliklə verilmiş məlumata əsasən Exynos 1080 prosessoru ARM Cortex-A78 nüvələri və Mali-G78 qrafik çipi ilə təchiz olunacaq. Bundan əlavə olaraq məlum olub ki, sözügedən prosessoru ilk əldə edəcək smartfon məhz Vivo X60 olacaq. Gözləntilərə əsasən bu smartfon 2020-ci ilin dördüncü rübündə təqdim olunmalıdır. Bununla yanaşı Samsung şirkətinin Exynos 2100 adlı daha bir 5 nanometrlik prosessorunun da təqdim olunacağı gözlənilir. Bu prosessoru isə ilk olaraq gələn il Samsung şirkətinin yeni flaqman smartfonu əldə etməldir.
    Linki kopyala