main-post-cover

    Samsung-un 10 000 mAh-lıq yeni powerbankının render fotoları təqdim edilib

    Elm & Texnologiya
    30.11.2022
    Farid Pardashunas
        Roland Quandt adlı məşhur insayder Samsung şirkətinin növbəti yeni məhsulunun render fotolarını təqdim edib. Söhbət, yüksək sürətli şarj texnologiyasına sahib böyük enerji həcmli kompakt ölçülü powerbankdan gedir. Samsung EB-P3400 adlı bu powerbank bir neçə USB Type-C girişinə sahib kompakt gövdəni özündə birləşdirəcək. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Samsung-un yeni powerbankı enerji səviyyəsinin yoxlanılması düyməsinə və 4 ədəd işıq indikatoruna sahib olacaq. Bununla yanaşı powerbankın komplektində USB Type-C naqili də olacaq. İnsayder qeyd edib ki, powerbank 25 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Onun sözlərinə əsasən powerbank 15 fevral tarixində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər