main-post-cover

    Samsung smartfonları AirDrop texnologiyasının analoqunu əldə edəcəklər

    Elm & Texnologiya
    24.01.2020
    Emil Nəcəfov
        Samsung şirkətinin smartfonları tamamilə yeni funksiya əldə edəcəklər. Söhbət, faylların internetsiz və flash kartlarsız smartfonlar arasındakı ötürülməsi funksiyasından gedir. Beləliklə yeni funksiya Apple şirkətinin AirDrop texnologiyasının analoqu olacaq. Bu barədə XDA-Developers saytı xəbər verib. Verilmiş məlumata əsasən sözügedən yeni funksiya Quick Share adını əldə edib və o, Galaxy brendinin smartfonları arasındakı fayl ötürülməsi üçün nəzərdə tutulub.
        İki smartfon bir- birinə yaxın olan zaman kənar servislərdən istifadə etməyərək onların arasında foto, video və ya digər faylların ötürülməsini reallaşdırmaq olur. Konfidensiallıq ayarları isə bu funksiyanın iki rejimdə çalışmasını təmin edir: Yalnız tanış kontaktlar arasındakı fayl ötürülməsi və bütün kontaktlar arasındakı fayl ötürülməsi. Apple AirDrop-dan fərqli olaraq Quick Share funksiyas faylları müəyyən müddətlik Samsung Cloud bulud servisinə də yükləmə imkannı verəcək.
        Daha sonra isə faylları həmin servisdən Samsung Smart Things ekosisteminə daxil olan cihazlara yükləmək olar. Bulud servisə yüklənən faylın tuta biləcəyi yer həcmi 1 GB təşkil edir. Ümumi həcm isə gün ərzində 2 GB-dan yüksək olmamalıdır. Güman edilir ki, sözügedən funksiya One UI 2.1 istifadəçi interfeysinin təqdim edilməsi ilə işə düşəcək. One UI 2.1 interfeysinin isə Galaxy S20 flaqman smartfon seriyası ilə birlikdə gələcəyi gözlənilir.
    Linki kopyala