main-post-cover

    Samsung şirkəti yeni Galaxy M10 ilə Galaxy M20 smartfonlarını təqdim etdi

    Elm & Texnologiya
    28.01.2019
    Orxan Jafarli
        Samsung şirkəti Hindistanda yeni Galaxy M smartfon seriyasının təqdimatını etdi. Yeni smartfon seriyası alıcıları öz qiymətləri ilə cəlb edən Çin istehsalı smartfon modelləri ilə rəqabət aparmaq üçün yaradılıb. Bu barədə The Verge saytı xəbər verib. Beləliklə yeni Galaxy M seryasının ilk smartfonları Galaxy M10 ilə Galaxy M20 oldular. Onların hər ikisi Infinity-V ekranı ilə təchiz ediliblər və ekranların üzərində V şəkilli çıxıntı hissə yerləşir. Hər iki smartfon xarici görünüşcə bir-birinə bənzəsə də onlar arasında bəzi fərqlər var.

        Galaxy M20 modelini Galaxy M10-dan fərqləndirən əsas özəllik onun arxa panelində barmaq izi skanı texnologiyasının olmasıdır. Əsas texniki göstəricilər baxımından Galaxy M20 19.5:9 nisbətli və 2340x1080 piksel keyfiyyətli 6.3 düym TFT ekran, 8 nüvəli Exynos 7904 (2 güclü nüvə və enerji sərfiyyatı baxımından 6 effektiv nüvə), 3/4 GB RAM, 32/64 GB daxili yaddaş həcmi, sürətli enerji yığma texnologiyalı 5000 mAh enerji tutumlu batareya (USB Type-C girişi vasitəsilə), 12 MP + 5 MP ikili arxa kamera və 5 MP-lik ön kamera ilə təchiz olunub.

        Galaxy M10 smartfonu isə Galaxy M20-dən fərqli olaraq daha geniş və uzundur. Galaxy M10 1520x720 piksel keyfiyyətli 6.22 düym ekran, Exynos 7870 prosessoru, 2/3 GB RAM, 16/32 GB daxili yaddaş həcmi, 3500 mAh enerji tutumlu batareya (microUSB vasitəsilə), 12 MP +5 MP ikili arxa kamera və 5 MP-lik ön kamera ilə təchiz olunub. Galaxy M10 modeli barmaq izi skanı tenxologiyasına sahib deyil.

        Hər iki smartfon Samsung Experience 9.5 interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Lakin hər iki smartfonun Android Pie əməliyyat sisteminə kimi yenilənməsi bu ilin ikinci hissəsinə planlaşdırılır. Beləliklə yeni təqdim olunmuş smartfonlar hələki yalnız Hindistanda satılacaq. 2 GB RAM və 16 GB daxili yaddaşa sahib Galaxy M10 112$-a, 3 GB RAM və 32 GB daxili yaddaşa sahib Galaxy M10 126$-a, 3 GB RAM və 32 GB daxili yaddaş sahib Galaxy M20 153$-a, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib Galaxy M20 isə 183$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər