main-post-cover

    Samsung şirkəti yeni flaqman prosessor modeli Exynos 990-ı təqdim etdi

    Elm & Texnologiya
    24.10.2019
    Farid Pardashunas
        Samsung şirkəti 7 nanometrlik texnoloji proses əsasında hazırlanmış növbəti nəsil Exynos prosessorunu təqdim etdi. Söhbət, Exynos 990-dan gedir. Gələn il təqdim olunacaq Galaxy S11 seriyası məhz bu prosessor ilə təchiz olunacaq. Bu barədə Fonearena saytı xəbər verib. Exynos 990-un arxitekturası 3 klasterdən ibarətdir: 2 ədəd Cortex -A76, 2 ədəd Exynos M5 və 4 ədəd Cortex-A55. Beləliklə sözügedən prosessor 8 nüvəlidir.
        Exynos 990 neyron şəbəkələr ilə çalışmaq üçün optimizasiya edilib və 2 nüvəli NPU-ya və səsin emal olunması üçün təkmilləşdirilmiş DSP prosessoruna sahibdir. Bu prosessor saniyədə 10 trilyarddan çox əməliyyatı emal edə bilir. Qrafik sürətləndirici qismində Mali-G77 MP11 çipi çıxış edir. Şirkətin verdiyi məlumata əsasən bu qrafik çip əvvəlki model ilə müqayisədə enerj sərfiyyətı baxımından 20% daha effektivdir və maksimal sürəti saniyədə 5500 Mbit olan LPDDR5 standartlı daxili yaddaşı dəstəkləyir.
        Exynos 990-ın daha bir özəlliyi ondan ibarətdir ki, o, 120 Hz tezlikdə çalışan ekranları və 6 kamera modulunu dəstəkləyir. O həmçinin 108 MP-lik kamera dəstəyini də əldə edib. Prosessor eyni anda 3 kamera sensorundan olan məlumatları emal etməyi bacarır. Şirkət Exynos 990-dan əlavə olaraq özünün 5G modemi olan Exynos Modem 5123-ü də təqdim edib. Bu 5G modem də 7 nanometrlik texnoloji proses əsasında hazırlanıb. Şirkət öz yeni prosessor modelinin irimiqyaslı istehsalına bu ilin sonuna kimi start verməyi planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər