Samsung şirkəti yeni ekran dizaynının patentini aldı
Elm & Texnologiya
16.10.2019
Emil Nəcəfov
Smartfon ekranının ön panelin çox hissəsini əhatə etməsi yolunda istehsalçılar ön kameranın yerləşdirilməsi üzrə çoxlu sayda üsullardan istifadə edirlər. Smartfon bazarında artıq kiçik çıxıntı hissəli, ön kameranın gövdənin yuxarı hissəsinin daxilinə inteqrasiya edilmiş və hətta arxa panelində ikinci ekran olan smartfon modelləri movcuddurlar. İndi isə ön kameranın yerləşdirilməsi üzrə yeni üsulu Samsung şirkəti təqdim edib.
Belə ki, şirkətin əldə etdiyi yeni patent çıxıntı hissələrə daha maraqlı alternativi təklif edir. Bu barədə Letsgodigital saytı xəbər verib. Koreya Respublikasının intellektual mülkiyyət üzrə agentliyi Samsung şirkətinin yeni ekran dizaynı patentini təqdim edib. Patent sənədlərinə əsasən ön kamera, danışıq üçün səsgücləndiricilər və digər komponentlər smartfonun yuxarı hissəsinin əks tərəfindəki çıxıntı hissənin daxilində yerləşirlər.
Əslində bu cür dizayn bir çox şirkət tərəfindən patent olunsa da bazarda hələ bu cür çıxıntı hissəyə sahib smartfon modeli satışa çıxmayıb. Çıxıntı hissələrə alternativ variant kimi ekrana inteqrasiya edilmiş ön kamera ola bilər. Lakin bu texnologiyanın reallaşdırılmasının qəlizliyi səbəbilə sözügedən texnologiya hələ irimiqyaslı olmayıb.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!